• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

"Oqtay Gülalıyev qatı müxəlifətçi olsa da, Mehriban Əliyeva tərəfindən Türkiyəyə müalicəyə göndərildi" — Mirkazım Kazımov

  • 07.11.2019, 13:46,
  • Siyasət
  • Baxılıb: 40
"Oqtay Gülalıyev qatı müxəlifətçi olsa da, Mehriban Əliyeva tərəfindən Türkiyəyə müalicəyə göndərildi" — Mirkazım Kazımov

"AXCP, Müsavat rəhbərlərinin və Əli İnsanovun bir araya gəlməsini uğursuzluq sindromunu yaşayan şəxslərin özlərini Azərbaycanın inkişafını gözü götürməyən qüvvələrə, erməni lobbisinə ölkəmizdə çirkin planlarını reallaşdırmaq üçün onlara ünvanlanan mesaj kimi dəyərləndirmək lazımdır".
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Mirkazım Kazımov deyib.

Onun sözlərinə görə, onların hədəfi heç də özlərinin bəyan etdiyi kimi səsləndirdikləri şüarların, tələblərin həyata keçirilməsi deyil, əslində böyük zəhmətlər hesabına yaradılan sabitliyi pozmaq və ölkəni xaosa sürükləməkdir. “Əgər adı çəkilən şəxslər həqiqətən ölkədə insanlaırn rifah halının yaxşılaşdırılmasını, Qarabağ münaqişəsinin həllini istəyirlərsə, bunun üçün icazəsiz aksiyalara ehtiyac yoxdur. Yetərincə digər formalardan istifadə etməklə bunu həyata keçirmək olar.

Digər tərəfdən isə Prezident İlham Əliyevin fəaliyyətinin əsas prioriteti ölkə vətəndaşının sosial rifah halının yaxşılaşdırılması olub. Məhz onun ölkə rəhbərliyinə gəldiyi 16 il ərzində minimum əməkhaqqıları, pensiyalar, sosial müavinətlər dəfələrlə artıb, ölkə ictimaiyyətini narahat edən digər məsələlər öz həllini tapıb. Təkcə 2019-cu il ərzində Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial rifah halının yaxşılaşdırılması ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalanıb. Bunun nəticəsində pensiyalar, minimum əməkhaqqı, müxtəlif sosial müavinətlərə təqribən iki dəfə qaldırılıb. Növbəti ildə yenidən artımlar olacaq. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkənin gəlirləri artdıqca, bu gəlirlər ölkə vətəndaşının daha yaxşı yaşamasını təmin etməyə yönəldiləcək. Odur ki, müxalifətin səsləndirdiyi bu fikirlərin əsası yoxdur. Çünki bunu ölkə başçısı hər dəfə vətəndaşlarla görüşündə, tədbirlərdəki çıxışlarında bəyan edir.
Qarabağ məsələsinin həllinə gəldikdə isə Ali Baş Komandan bu istiqamətdə yorulmadan fəaliyyət göstərir. Artıq onun bu fəaliyyəti nəticəsində diplomatik uğurlar əldə edilib. Ordumuz qüdrətlənib, ölkə iqtisadiyyatı da davamlı olaraq inkişaf edir. Beynəlxalq aləmin münaqişənin həlli ilə bağlı münasibətində ciddi dəyişikliklər olub. Sadəcə bu gün Azərbaycana qarşı ikili standartlarla yanaşıldığından məsələnin diplomatik yolla həllində müəyyən gecikmələr baş verməkdədir. Ümid edirik ki, tezliklə bu sahədə ciddi uğurlar əldə olunacaq və Qarabağ münaqişəsi diplomatik danışıqlar yolu ilə həllini tapacaq. Bu olmazsa, ordumuz güc yolu ilə torpaqları azad edəcək. Ali Baş Komandan onu da dəfələrlə bəyan edib ki, Azərbaycanın səbri sonsuz deyil və bu səbr kasası dolmaqdadır. Hesab edirəm ki, münasib bir şərait yaranan kimi ordu öz sözünün deyəcək. Bu baxımdan da radikal, dağıdıcı müxalifətin dediyinin heç bir əsası yoxdur.
Bu, sadəcə “bulanıq suda balıq tutmağa" bənzəyir. Guya onlar aksiya keçirdilər, ölkə başçısı maaşları, pensiyaları qaldırdı. Ancaq bilmirlər ki, pensiya, maaş qaldırmaq üçün uzun zaman hazırlıq işi getməlidir, Bunlar sadəcə tükəndiklərini, tamamilə iflasa uğradıqlarını, uğrusuzluq sindromu labirintdən çıxa bilmədikləri üçün bu cür dağıdıcı, destruktiv hərəkətlərlə özlərini cəmiyyətə sırımaq istəyirlər. Ancaq nə onların, nə də ki, Azərbaycanın inkişafını gözü götürməyən, sabitliyi pozub xaosa sürükləmək istəyən bu çirkin niyyəti baş tutmayacaq. Çünki bunun üçün onların nə resursu, nə də gücləri yoxdur. Ən əsası cəmiyyət onları dəstəkləmir. Bax, ən əsası onları qıcıqlandıran səbəb budur”- deputat bildirib.
O, əlavə edib ki, bu radikal, dağıdıcı ünsürlərin cəmiyyətin onlara olan münasibətini bildiyindən, onları aşağılamaq, təhqir etməkdən və bu yolla küçələrə çıxmağa təhrik edirlər: “Lakin cəmiyyət onlara sakit, səbt nümayiş etdirməklə, dediklərinə əhəmiyyət vermədən mövqe sərgilməklə layiqli cavabını verir. Onların bu hərəkəti bir daha Əli Kərimli, Arif Hacılı, İsa Qəmbər Əli İnsanov kimi şəxslərin psixoloji durumundan ciddi problemlərin olduğunu göstərir”.
Fəal müxalifət təmsilçisi olan Oqtay Gülalıyevin səhhəti ilə bağlı ölkə rəhbərliyinin, xüsusən də Birinci Vitse-prezident Mehriba Əliyevanın onun müalicəsi ilə bağlı bütün təşkilati məsələləri üzərinə götürməsinə toxunan deputat bildirib ki, Birinci Vitse-prezidentin təşəbbüsü ilə fəal müxalifətçi Türkiyəyə müalicəyə göndərildi.

“Mehriban xanım Əliyevanın bu hərəkətini ancaq humanizmin simvolu kimi dəyərləndirmək olar. Prezident İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri zamanı bəyan etdi ki, mən mövqeyindən, düşüncəsindən, siyasi baxışından asılı olmayaraq, bütün Azərbaycan vətəndaşının Prezidenti olacaq. Bəli, o ötən müddətdə öz real fəaliyyəti ilə dəfələrlə sübut edib. Siyasi baxışından asılı olamayaraq insanların üzləşdiyi ən çətin anlarında dəstək olub. Belə misalları sadalamaqla bitməz. Elə sonuncu Oqtay Gülalıyevin qəzaya düşəndən dərhal sonra ölkə rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyeva prosesə müdaxilə edərək, onun səhhətinin yaxşılaşması üçün bütün lazımi tədbirlər görülməsini aidiyyatı qurumlara tapşırıb. Hətta onun effektiv müalicəsini təmin etmək üçün Birinci Vitse-prezidentin və Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyəyə aparılıb. Onun ailəsi də bu dəstəyə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Baxmayaraq ki, O.Gülalıyevin siyasi baxışları hamıya bəllidir. Lakin Azərbaycan Prezidenti və Birinci Vitse-prezident bu real hərəkətləri ilə demokratiyaya, insanlığa, humanist dəyərlərə necə sadiq olduqlarını bir daha açıq formada nümayiş etdirdilər. Bax, ölkə rəhbərliyini bu addımı da həmin dağıdıcı müxalifətin niyyətini puça çıxarır. Azərbaycan vətəndaşı bir daha şahidi oldu ki, Prezident İlham Əliyev siyasi baxışından, düşüncəsindən asılı olmayaraq hər bir vətəndaşın Prezidentidir. Ona görə də daha sıx formada onun ətrafında birləşərək, həyata keçirdiyi genişmiqyaslı islahatlara, Azərbaycanın yeni-yeni uğurlara imza atmasına dəstək verirlər. Adı çəkilən dağıdıcı müxalifətin təmsilçiləri isə yenə də xəyal qırılığına uğrayacaq. Bununla da siyasi səhnəyə vida edəcəklər”- deputat bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ədalət Verdiyev həbs edildi

  • Dünən, 18:18
  • 13
  • 0

Əli Əsədov qərar imzaladı

  • Dünən, 12:37
  • 19
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 101
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 798
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter