• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ermənistanda KTMT toplantısı nə vəd edir? – ŞƏRH

  • 23.11.2022, 13:38,
  • Siyasət
  • Baxılıb: 44
Ermənistanda KTMT toplantısı nə vəd edir? – ŞƏRH


Bu gün İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş tutacaq sammiti Ermənistan üçün heç nə vəd etmir və bunu İrəvan da yaxşı anlayır. Çünki ötən bir il ərzində KTMT-yə sədrlik edən Ermənistan, bu müddətdə öz maraqlarını təmin etmək baxımdan faydalana bilməyibsə, bundan sonra da faydalanması da qeyri-mümkündür. Əksinə, quruma sədrlik dövründə Ermənistan-KTMT arasında ciddi fikir ayrılığı və çatlar yaranıb. Vəziyyət hətta o həddə çatıb ki, İrəvan açıq şəkildə KTMT-dən çıxacağını bəyan edir. Düzdür, İrəvan burada KTMT-ni və təşkilatın əsas aparıcı ölkəsi olan Rusiyanı şantaj edərək, Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməklə bağlı konkret mövqe sərgiləməsi cəhdləri edilib və hər dəfə də uğursuzluqla nəticələnib. Ermənistanın uğursuzluğa düçar edilməsinin isə bir sıra səbəbləri var.

Birincisi ona görə ki, Ermənistanın KTMT-yə sədrliyi müddəti bitir və yeni sədrlik Belarusa keçəcək. O baxımdan bu sammit deklorativ xarakter daşıyır. Zirvə görüşündə KTMT coğrafiyasındakı proseslər və problemlər müzakirə olunsa da, yekunda ciddi sənəd və ya hər hansı qərar qəbul edilməyəcək. Sadəcə, deklorativ xarakter daşıyan bir Bəyannamə qəbul oluna bilər.

İkincisi, Ermənistan KTMT üzvü olsa da, Azərbaycan həmin təşkilata üzv ölkələrlə daha sıx əməkdaşlıq münasibətlərinə malikdir. Azərbaycan Ermənistandan xaric KTMT-nin digər üzv ölkələrinin əksəriyyəti ilə başda Rusiya olmaqla strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bundan əlavə olaraq digər Azərbaycan beynəlxalq səviyyəli təşkilatlarda, o cümlədən ikitərəfli və çoxtərəfli formatlarında daha sıx əməkdaşlıq edir.

Üçüncüsü, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazda yeni geosiyasi reallığın də öz müstəsna təsiri var.

Burada digər mühüm məqmalardan biri də mövcud qlobal geosiyasi proseslərdə və dünyanın yenidən şəkilləndirilməsində Azərbaycan ciddi açar və aktor ölkə rolunu oynayan ölkədir. Azərbaycanın rolu getdikcə daha da artmaqdadır. Belə bir vəziyyətdə bölgədə marağı olan heç bir ölkə Azərbaycanın beynəlxalq aləmdə artan rolundan faydalanıb, onunla əməkdaşlığa çalışır.

Azərbaycandan fərqli olaraq Ermənistan ciddi əhəmiyyət kəsb etməyən ölkə rolunu oynayır. Ermənistanın 44 günlük müharibənin yaratdığı yeni reallığı, o cümlədən qlobal geosiyasi prosesləri nəzərə alıb, faydalanmaq əvəzinə işğalçılıq niyyətindən əl çəkə bilməməsi, İrəvanı daha da dalana sürükləməklə yanaşı, əhəmiyyətsiz bir ölkəyə çevirir. Nəticədə Ermənistan başqa güclərin əlində alətə çevrilir. Ermənistanın gələcək inkişaf strategiyasını düzgün müəyyən edə bilməməsinin nəticəsi olaraq İrəvanda keçirilən KTMT-nin sammitindən yenə də faydalanan başqaları olacaq. Daha doğrusu, Rusiya bölgədəki marağını bundan sonra da qoruyub saxlamaq üçün faydalanmağa çalışacaq. Nəzərə alsaq ki, KTMT-nin lokomotiv ölkəsi Rusiya hesab olunur. Daha dəqiqliklə ifadə etsək, KTMT Putinin təşəbbüsü ilə NATO-ya alternativ yaradılmış hərbi-siyasi struktur və ya hərbi-siyasi klubdur. Ona görə də burada əsas orbitr rolunu Rusiya oynayır. Odur ki, İrəvandakı sammit Rusiyanın maraqlarına uyğun formada keçiriləcək.

İrəvan sammitinin diqqət çəkən məqamı toplantı çərçivəsində Putin-Paşinyan görüşü olacaq. Çünki İrəvanın Rusiyadan uzaqlaşama siyasəti Kremli ciddi narahat edir və bu məsələ görüşdə ciddi şəkildə bir daha müzakirə olunacaq. İrəvanın Qərbə meyillik siyasəti Kreml tərəfindən heç cür həzm edilmir və hər vəchlə bunun qarşısını almağa çalışır. Moskva indiyədək olduğu kimi, bundan sonra da bölgədə əsas orbitr rolunu davam etdirmək üçün İrəvana öz mesajlarını çatdıracaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 023
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 711
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter