• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Xankəndidə çevriliş: Araik bunlara məcbur oldu...

  • 24.11.2022, 12:10,
  • Siyasət
  • Baxılıb: 51
Xankəndidə çevriliş: Araik bunlara məcbur oldu...


Separatçı qurumun "lideri" "nazirlərini" itirdi, "referendum"dan imtina etdi; Ruben Vardanyan isə öz komandasını yığır, sabiq xarici işlər naziri Oskanyan da Qarabağa yerləşir?

Noyabrın 23-də Qarabağdakı qondarma qurumun rəhbəri Araik Arutyunyan bir neçə "naziri" tutduqları vəzifələrdən azad edilməsi ilə bağlı "qərar" imzalayıb. Məlumata görə, Mikayel Hayriyan "səhiyyə naziri" vəzifəsindən azad edilib. Onu müvəqqəti olaraq "nazir müavini" Artur Oqancanya əvəz edəcək. Eləcə də "Kənd təsərrüfatı naziri", "təhsil, elm, mədəniyyət və idman naziri", "sosial inkişaf və miqrasiya naziri" və "ərazi idarəetmə və infrastruktur naziri"vəzifələrindən azad ediliblər. "Ədliyyə naziri" və "xarici işlər naziri" isə müvəqqəti səlahiyyətlərini icra edəcək. O cümlədən, "şəhərsalma naziri" və "maliyyə və iqtisadiyyat naziri"nə də səlahiyyətlərini müvəqqəti icra etmək tapşırılıb.

Musavat.com bildirir ki, Araik Arutyunyan qondarma "parlament" sədrinə müraciət edərək, "artsax konstitusiyasına əlavə və dəyişikliklər layihəsini" geri götürüb. Məlumatda bildirilir ki, belə bir qərarın qəbul edilməsinə səbəb "dəyişiklik layihəsinə ictimaiyyətin mənfi reaksiyası olub".

Qeyd edək ki, cəmi 20 min erməninin yaşadığı Xankəndi və ətrafında "konstitusiya islahatları"na hazırlıq bir müddət əvvəl başlamışdı. "Artsax konstitusiyası"nın yenilənmiş layihəsi artıq hazırlanaraq müvafiq saytda yerləşdirilmişdi. Bildirilirdi ki, nə "Dağlıq Qarabağ Respublikasının" 2006-cı il "konstitusiyasında", nə də 2017-ci ildə yenilənmiş variantda "artsax" ikili vətəndaşlıq məsələsi əks olunmayıb. "Bu düzəlişlə" ermənilər Rusiya sülhməramlılarının vaxtı bitənədək mümkün qədər "ruslaşmaq" istəməyirdilər. Hətta ilin sonunadək qondarma "referendum" keçirmək niyyətində idilər. Arutyunyanın gözlənilmədən layihəni geri çəkməsinin əlbəttə ki, daha ciddi səbəbləri var.

Araik Arutyunyan "parlamentin" bu gün keçirilən iclasında deyib ki, "indi sabitlik konstitusiya dəyişikliklərindən daha vacibdir": "Sadəcə, siyasi qüvvələrin belə bir narahatlığı vardı ki, hər şey bir şəxsin - prezidentinin əlində cəmləşib. Yeni hökuməti formalaşdırmaq üçün növbədənkənar seçkilərə getmək lazım idi. Amma bu gün buna ehtiyac yoxdur, çünki daha hər şey mənim əlində cəmləşmir. Təbii ki, dövlət nazirinin(Vardanyanı nəzərdə tutur.N.S) funksiyalarının ayrılması nəticəsində mövcud narahatlıqlar bu gün öz həllini tapmış kimi görünür. Ona görə də konstitusiyaya düzəlişlər məsələsində tələsməyə ehtiyac yoxdur".

Ruben Vardanyan da onun nəzarəti altına verilmiş müvəqətti "nazirlərlə" görüşüb. Vardanyan deyib ki, "mövcud böhranlı vəziyyət yeni idarəetmə yanaşmaları tələb edir". Vardanyan "müvəqqəti nazirlərlə" müzakirə apararaq, onları öz işlərinə "tam məsuliyyətlə yanaşmağa və vəzifələrini tam şəkildə yerinə yetirməyə çağırıb".

Aydındır ki, rəsmi Bakı Xankəndi ermənilərinin sülhməramlıların arxasında gizlənərək belə bir "referendum" oyuna göz yuma bilməzdi. Bu qondarma oyuna görə isə ilk növbədə məsuliyyət Rusiya və onun sülhməramlılarının üzərinə düşəcəkdi. Şübhə yoxdur ki, məhz Rusiya bu prosesi əngəlləmək məcburiyyətdə qalıb və Araikə saxta referendum oyununu "bir yerinə soxmağı" tələb edib.

Daha bir maraqlı proses "xarici işlər naziri" vəzifəsini müvəqqəti yerinə yetirən David Babayan ətrafında başlayıb. O, öz feysbuk səhifəsində gedəcəyi ilə bağlı status yazıb. Deputat Rasim Musabəyəbov isə sosial şəbəkə səhifəsində "əyalət naziri" Babayanın yerinə Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyanın təyin edildiyini yazıb. 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olmuş Vardan Oskanyan Suriya ermənisidir, 1955-ci ildə Hələbdə anadan olub. Oskanyan bir ay əvvəl "Qarabağ probleminin həlli ilə bağlı" geniş məqalə ilə çıxış etmişdi. Keçmiş nazir hesab edir ki, ilk olaraq Qarabağda yaşayan ermənilər Azərbaycanın tərkibində bir növ azlıq deyil, öz tarixi torpaqlarında yaşayan, etnik, dini və birmənalı olaraq öz müqəddəratını təyin etmək istəyi olan "xalq"dır. "Yaxın vaxtlarda Qarabağda yaşayan ermənilər əvvəlcə Stepanakert (Xankəndi) meydanında ən azı 50-75 min insanın iştirakı ilə toplantı təşkil etməli və orada həm Azərbaycana, həm Türkiyəyə, həm də beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirməlidir ki, öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini istəyir" deyə, sabiq nazir yazıb. Erməni mənbələri onun "nazir" təyinatını hələ təsdiq etməyiblər, amma belə bir qərar verilərsə, şübhəsiz ki, bu, Xankəndidə gərginliyi artırmağa hesablanıb.

Araik hələ ki, səlahiyyətlərinin "yarısını" verməklə Xankəndidə qalmaq istəyir. Amma belə görünür ki, Vardanyan onu tezliklə "yola salmaqda" israrlıdır.

Sonrası nə olacaq, görəcəyik...
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 028
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 717
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter