• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

"İran müharibəyə başlasa, Türkiyə, Pakistan və İsrail yanımızda olacaq" - SAVAŞ GÖZLƏNİLİRMİ?

  • 17.02.2023, 15:30,
  • Siyasət
  • Baxılıb: 52
"İran müharibəyə başlasa, Türkiyə, Pakistan və İsrail yanımızda olacaq" - SAVAŞ GÖZLƏNİLİRMİ?


Son bir neçə ay ərzində, xüsusən də Tehrandakı səfirliyimizə hücumdan sonra İran və Azərbaycan arasında müharibə ehtimalı barədə dünyanın ayrı-ayrı nəşrlərində yazılara rast gəlinir. Bu kimi təhlillərin ortaya çıxması təbii ki, təsadüfi deyil. Çünki Azərbaycan və İran arasında bir çox sahələrdə ziddiyətlərin olduğu göz önündədir.
Ərazilərimizin 30 illik işğal dövründə bütün vasitələrlə Ermənistanın ayaqda qalmasına dəstək verən İranın Azərbaycanla olan ziddiyyətləri isə kifayət qədərdir. Xəzər dənizinin statusundan tutmuş Zəngəzur dəhlizinin açılmasının əleyhinə olmaqla müxtəlif məsələlərdə fikir ayrılıqları mövcuddur.

Bu barədə bizimyol.info xəbər portalına danışan politoloq Rəşad Bayramov bildirib ki, Azərbaycanın qələbəsini heç bir şəkildə həzm edə bilməyən İran, güclü Azərbaycanı özü üçün təhdid olaraq görür. Türkiyənin regionda möhkəmlənməsi, ölkəmizin regionda söz sahibinə çevrilməsi İranı olduqca narahat edir. Çünki İrana görə güclü Azərbaycan gələcəkdə cənubdakı soydaşlarımızın milli oyanışı üçün hərəkətverici qüvvə rolunda çıxış edə bilər.

Zəngəzur dəhlizinin açılması isə orta Asiyanın türk dövlərlərinin Türkiyə ilə birbaşa quru əlaqəsinə imkan yaradacaq ki, bu da İranın bütöv bir Türk coğrafiyasının əhatəsində qalması demək olacaq. İran dəhlizin açılmasını hər nə qədər beynəlxalq sərhədlərdə dəyişiklik kimi təqdim etməyə çalışsa da Zəngəzurdan keçəcək yolun hər hansı bir sərhəd dəyişikliyi olmadığını özü də gözəl bilir. Amma İran cavab verə bilmir ki, əgər hər hansı bir ölkənin ərazisindən keçən dəhliz və ya yol beynəlxalq sərhədlərin pozulmasıdırsa o zaman Naxçıvanı Azərbaycanın əsas hissəi ilə birləşdirən yolun İran ərazisindən keçməsinə niyə etiraz etməyib?

“Məlumdur ki, hal-hazırda Naxçıvandan Bakıya və əks istiqamətə, eləcə də Türkiyənin Naxçıvanla həmsərhəd regionlarından Bakıya daşınan yüklər Naxçıvandan keçməklə məhz İran ərazisindən daşınır. Demək ki, İranın Zəngəzur dəhlizi ilə bağlı “qarın ağrısı” məhz elə yuxarıda deyildiyi kimi türk dövlətlərinin bir-biri ilə birbaşa quru əlaqəsinə malik olmasından qaynaqlanır”-deyən öpolitoloqun fikrincə,

burada iqtisadi amillərin də payı var. Amma əsas məsələ məhz siyasi məqamlardan qaynaqlanır.

Azərbaycanın İsraillə münasibətlərində hər gün artan yaxınlıq, Türkiyə-İsrail münasibətlərində buzların əriməsi də İranı olduqca narahat edir.

“Səfirliyimizə qarşı son terror hadisəsinə də məhz elə bu münasibətlərdən narahat olan İranın çarəsizliyinin əlaməti kimi baxmaq lazımdır.

Azərbaycana hədə qorxu gəlmək üçün sərhədlərimizdə hərbi təlim keçirməsinə Azərbaycan-Türkiyə-Pakistan tərəfindən verilən cavab, İranın Azərbaycan və Türkiyədəki cəsus şəbəkəsinə qarşı ard-arda həyata keçirilən əməliyyatlar İranı çıxılmaz duruma salıb. İran gördü ki, bütün təhdidlərə baxmayaraq, Azərbaycan öz maraqlarından geri çəkilmək fikrində deyil və qarşısına qoyduğu məqsədlərə çatmaq üçün lazım olan istənilən addımı atmaqda qətiyyətlidir”-deyə o əlavə edib.

İran və Azərbaycan arasında müharibə ola bilərmi?

Politoloq hesab edir ki, informasiya müharibəsi artıq başlayıb. İran bütün gücü ilə Azərbaycan əleyhinə təbliğat kampaniyası aparır. Terror aktlarına da start verildiyi məlumdur. Digər tərəfdən İran hal-hazırda Ermənistanı aktiv şəkildə silahlandırmaqla, hərbçilərinə təlimlər keçməklə faktiki olaraq onları Azərbaycanla müharibə aparmağa stimullaşdırır. Yəni başqa sözlə, hansısa mənada müharibə artıq başlayıb.

“İranın birbaşa hərbi müdaxiləsi mümkün görünmür. Əvvəla ona görə ki, İranın Azərbaycana hərbi müdaxiləsi halında istər ABŞ, isərsə də Qərb ölkələri böyük ölçüdə Azərbaycanın yanında olacaq və İran da bunu yaxşı bilir. Digər tərəfdən ortada Türkiyə faktoru var və Azərbaycana hərbi müdaxilə halında həm Türkiyə, həm müttəfiqimiz olan Pakistan, həm də İranı özünün bir nömrəli düşməni elan edən İsrail bütün gücü ilə bizim yanımızda olacaq. Digər mühüm faktor ondan ibarətdir ki, İranda istənilən hərbi birləşmələrin tərkibində kifayət qədər soydaşlarımız xidmət keçir və onların bizə qarşı müharibədə iştirakı inandırıcı deyil. Və ən nəhayət İranda yaşayan və ölkə əhalisinin təqribən qırx faizini təşkil edən Azərbaycan türkləri faktoru da İranın Azərbaycana qarşı açıq hərbi müdaxiləsini mümkünsüz edir”,- deyə politoloq vurğulayıb…
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ədalət Verdiyev həbs edildi

  • Bu gün, 18:18
  • 3
  • 0

Əli Əsədov qərar imzaladı

  • Bu gün, 12:37
  • 12
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 094
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 792
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter