2020-ci ilin mart ayının 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirildi. İclasda prezident İlham Əliyev proqram xarakterli, dərin məzmunlu çıxış etdi. Həmin gün öz işinə başlayan altıncı çağırış Milli Məclisin bütün deputatlarını ürəkdən təbrik edən Prezident onlara uğurlar arzuladı və ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəklərinə əminliyini ifadə etdi.
Dövlətimizin başçısı göstərdi ki, həmin il fevralın 9-da keçirilmiş parlament seçkilərini hər bir seçki prosesi kimi ölkəmizin həyatında önəmli hadisə idi və növbədənkənar keçirilən bu seçkilərin əsas xüsusiyyəti ölkədə islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək idi. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisinfəaliyyətini daha təkmilşəkildə təşkil etmək idi.1300-dən çox namizədin iştirak etdiyi seçki prosesi həm uğurla keçmiş, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir.
Seçkiləri müşahidə etmək üçün respublikaya bir çox beynəlxalq təşkilatlar, müşahidəçilər dəvət edilmişdi və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmiş və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki hüququndan istifadə edib və seçkilərin nəticələri real mənzərəni əks etdirir. Qeyd etmək yerinə düşər ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermiş, yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazır olduğunu bildirmişdir. Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması demək idi.
Altıncı çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Siyasi sistemin təkmil¬ləş-dirilməsi işində Milli Məclisin çox böyük rolu olmalıdır. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
Çıxışında yeni seçilmiş parlament üzvlərinə dəyişən reallıqlar çərçivəsində yeni, mütərəqqi məzmunlu qanunların hazırlanmasını, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüslərinin lazım olduğunu, iqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməli olduğunu bəyan edən prezident ölkədə şəffaflıq, kölgə iqtisadiyyatına qarşı gedən proseslər, respublikada gənclər siyasəti, davamlı sosial siyasət, informasiya mühafizəsi, beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılması barədə də öz tövsiyyələrini verdi.
Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlamentin formalaşması demokratiyanın inkişafında önəmli addımdır.
Mənzillə Rəhimova,
ADPU Cəlilabad filialında müəllim