• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Usubovun qardaşı oğlu ilə Zalovun kürəkəninin yerləri dəyişdirildi

  • 10.03.2023, 11:19,
  • Siyasət
  • Baxılıb: 175
Usubovun qardaşı oğlu ilə Zalovun kürəkəninin yerləri dəyişdirildi


Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov işdən çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Hikmət Usubov işdən azad edilərək sərəncama götürülüb.

Nazirin digər əmri ilə sözügedən vəzifəyə Sabunçu Mühafizə İdarəsinin rəisi, polis polkovniki Əşrəf Allahyarov təyin edilib.

Qeyd edək ki, hər iki polis zabiti yüksək vəzifəli şəxslərin qohumudur. Hikmət Usubov sabiq daxili işlər naziri Ramil Usubovun qardaşı oğlu, Əşrəf Allahyarov isə daxili işlər nazirinin keçmiş müavini Oruc Zalovun kürəkənidir.


Xatırladaq ki, general-leytenant Oruc Zalov ötən ilin dekabrında təqaüdə göndərilib. O, 1998-2022-ci illərdə nazir müavini olub. 1994-2019-cu illərdə daxili işlər naziri olan Ramil Usubov isə hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibidir.

***

Daxili işlər naziri Vilayət Eyvazovun daha bir əmri ilə Hikmət Usubov Sabunçu Rayon Mühafizə İdarəsinin rəisi təyin edilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter