• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Beynəlxalq problemlərə həssas münasibət

  • 13.03.2023, 18:33,
  • Siyasət
  • Baxılıb: 68
  Beynəlxalq problemlərə həssas münasibət


“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda keçirilən X Qlobal Bakı Forumunda qlobal dünya nizamını təhdid edən problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması perspektivləri, enerji təhlükəsizliyinə yaranan təhdidlərin aradan qaldırılması yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.
Qlobal Bakı Forumunda Qarabağ regionunun mövcud vəziyyətinə də toxunulib. Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıb, onları Qarabağdan sürgün salıb və bir milyon azərbaycanlıya əzab-əziyyət verib.
. Prezident İlham Əliyevin dediyi kimi, Ermənistanın inteqrasiyası zəruridir. Bu ölkənin müasirləşdirilməsinə töhfə verən layihələr təklif edilməlidir. Ermənistan və Azərbaycan tərəfindən regionun inkişafı üçün əməkdaşlığa üstünlük verilməlidir. Ötən əsrin sonlarından başlayaraq günümüzə qədər beynəlxalq münasibətlərdə müşahidə olunan bir tendensiya var. Belə ki, artıq beynəlxalq qanunlar güclü dövlətlər tərəfindən onların istədiyi anda pozulur. İndi təhlükəsizliyin qarantı olan həmin sazişlər heç bir dövlətə özünü güvənli hiss etməyə imkan vermir. Bir sözlə, beynəlxalq qanunlar nəinki işləmir, hətta ayaq altına atılır. Beynəlxalq razılaşmalarda ikili standartlar mövcuddur.
10 noyabr tarixli üçtərəfli bəyanatın 9-cu bəndində qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Elə bu yeni nəqliyyat kommunikasiyaları məhz Zəngəzur dəhlizini özündə ehtiva edir və Ermənistan rəsmi şəkildə üzərinə götürdüyü öhdəliyə müvafiq olaraq sözügedən dəhlizin açılmasını təmin etməlidir. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan 10 noyabr bəyanatına uyğun olaraq Ermənistanla Qarabağ erməniləri arasında Laçın dəhlizi vasitəsilə maneəsiz əlaqənin təmin edilməsi üçün şərait yaradıb.
Qeyd etmək vacibdir ki, indi təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Bu mənada Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış etmişdir.

Elnur Atakişiyev,
Masallı Regional Mədəniyyət İdarəsinin
Cəlilabad nümayəndəliyi

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 42
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 42
  • 0

Bakıda COP zolaqları ləğv olunur

  • 23-11-2024, 09:57
  • 49
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 082
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 778
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter