• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Avropanın siyasi mərkəzindən verilən mesaj: İrəvan seçim etməlidir – sülh, yoxsa müharibə?

  • 16.03.2023, 09:00,
  • Siyasət
  • Baxılıb: 56
Avropanın siyasi mərkəzindən verilən mesaj: İrəvan seçim etməlidir – sülh, yoxsa müharibə?


Hazırkı dövrdə Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri bir neçə kontekstdən önəmlidir. Birinci onu qeyd edək ki, Azərbaycan lideri Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşdü, 30-dan çox şirkətin rəhbərliyi ilə 2 saatdan artıq müzakirələr apardı. Müzakirələr zamanı Azərbaycanın iqtisadi gücünü və potensialını Prezident şirkətlərin diqqətinə çatdırdı. Beş klaster üzrə yığılan şirkətlər seçim ilə idi: birincisi enerji, ikincisi, logistika və infrastruktur, üçüncüsü, sənaye, dördüncüsü, kənd təsərrüfatı və beşincisi, klaster maliyyə, texniki qaydalar və assosiasiyalar idi.


Prezident Azərbaycanın iqtisadi gücünün artdığını, müstəqil iqtisadiyyata sahib olduğunu bildirməklə şirkətlərdə dolğun təsəvvür yaratdı. Azərbaycanın neft-qaz və yaşıl enerji potensialı alman şirkətlərinin diqqətinə çatdırıldı.


Bu, Azərbaycana investisiyaların cəlb edilməsində önəmli rol oynayacaq. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə Almaniya şirkətlərinin iştirakına zəmin yaradacaq.


Ölkə başçısının Berlinə işgüzar səfəri, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və Almaniya kansleri Olaf Şolts ilə görüşləri, keçirdiyi müzakirələr, kanslerlə birgə mətbuat konfransındakı bəyanatlar diqqətəlayiqdir.


Ölkə başçı İlham Əliyev Almaniya liderləri ilə müzakirələrdə Azərbaycanın haqlı mövqeyini bir daha Avropanın mərkəzi paytaxtlarından birindən səsləndirmiş oldu.


Azərbaycan lideri rəsmi Bakının sülhdən yana olduğunu, bu barədə münaqişə tərəfi Ermənistana beş bəndlik sülh paketini təqdim etdiyini bir daha Avropanın mərkəzində xatırlatdı və mövqeyimizdən bir addım da olsun geri çəkilməyəcəyimizi bildirdi. Və yenidən Prezident İrəvanı sülhə çağırdı, sazişin imzalanmasının tezləşdirilməsinin vacibliyini qeyd etdi. Bununla Əliyev bir növ Ermənistana həm də xəbərdarlıq etdi: əgər zaman qazanmaq üçün vaxt qazanmağa çalışarlarsa, o zaman Ermənistan üçün nəticələr ağır olacaq.


Almaniya rəhbərlərinin Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, Prezidentin görüşlərində diplomatik gedişləri Berlinin mövqeyində Bakıya yönəlik müsbət dəyişiklik edib. Bunu Bakının növbəti diplomatik qələbəsi də saymaq olar.


Almaniya Prezidenti açıqlamasında Berlinin sülhdən yana olduğunu, Almaniyanın sülhə hər zaman dəstək verməyə hazır olduğunu bəyan etdi. Eyni zamanda, Azərbaycanın Almaniya üçün vacib ölkələrdən biri olduğunu qeyd etdi.


Eyni fikirləri Kansler Şolts da səsləndirdi. Əlavə olaraq, mətbuat konfransında jurnalistin “Qarabağ Azərbaycandırmı?” sualına Şolts “Biz “Dağlıq Qarabağ Respublikası” adlı “dövləti” tanımamışıq, tanımırıq” deməklə dolayısı ilə “Qarabağ Azərbaycandır!” demiş oldu.
Bu, İrəvana növbəti diplomatik zərbə sayılmaqla yanaşı, Ermənistan tərəfinin, daha doğrusu, Ermənistanın baş naziri Nikol Paşinyanın yalanını ortaya çıxardı. Çünki az müddət öncə Paşinyan Berlində səfərdə olmuşdu və Ermənistan hökuməti “Almaniya “DQR”i tanıyır, Berlin İrəvanın tərəfindədir” kimi bəyanatlar məlumatlar yaymışdı. Azərbaycan lideri ilə görüşdə Almaniya liderlərinin bəyanatları, dediyi sözlər isə bunun əksini sübut etmiş oldu.
Bir sözlər, İrəvanın əli Avropanın əsas güc mərkəzlərindən olan paytaxtlarından birindən də - Berlindən də üzülmüş oldu.


Yeri gəlmişkən, Almaniya Azərbaycanla Ermənistan arasında yekun sülhün əldə olunması prosesində yaxından iştiraka cəlb edilə bilər. Azərbaycan Prezidentinin görüşlərdə verdiyi açıqlamalar Bakının Berlinin proseslərdə iştirakına isti yanaşdığını ortaya qoydu. Nikol Paşinyan da son açıqlamalarından birincə vasitəçi kimi Almaniyanın adını çəkərək buna eyham vurmuşdu. Düzdür, İrəvan daxilində Fransa ilə yanaşı,Rusiya, ABŞ və Almaniyanın da iştirakı ilə yenidən tarixin arxivinə getmiş Minsk Qrupu formatında hansısa qurum yaradılmasında maraqlıdır. Ermənistan hakimiyyəti növbəti dəfə hiylə işlədərək Brüssel formatını genişləndirməyi, bununla sülh danışıqlarını uzatmağı və zaman qazanmağı hədəfləyir. Lakin Bakının buna imkan verməyəcəyi açıq şəkildə ortadadır. Azərbaycan hər bir dövlətin, qlobal güclərin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquqa uyğun olaraq sülhün imzalanmasında iştirakına etiraz etmir. Amma sülh elə olmalıdır ki, bu, Azərbaycanın milli maraqlarına uyğun olsun. Həm də bir daha vurğulayaq ki, proses çox uzanmamalıdır. Almaniya fərdi qaydada da sülh çağırışı edə bilər, öz siyasi imkanları ilə ədalətin bərpasında yardımçı ola bilər. Azərbaycan buna normal yanaşır. Lakin prosesi uzadacaq formata Bakının qol qoyacağı inandırıcı deyil.


İrəvan anlamalıdır ki, bu il onlar üçün son şansdır. İrəvan davranışları ilə əldə olunan kövrək razılaşmalara əməl etməməklə eskalasiya riskini artırmaqdadır. Qalib tərəfin sülh təkliflərinə müsbət cavab verilməməsi Azərbaycanı qalan problemi güc yolu ilə həll etməkdən başqa yol qoymur. Buna Prezident İlham Əliyev Berlindən bir daha eyham vurdu. İndi İrəvan seçim etməlidir: sülh, yoxsa müharibə?

Nihat Qorqud Əliyev
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 021
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 709
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter