• 11:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 13:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 10:38 – Prezident onları təltif etdi - FOTO 
  • 10:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Əsgərlərimiz qayıdacaq, xeyli erməni əsgəri həyatları ilə vidalaşmalı olacaq - Fəzail İbrahimli

  • 17.04.2023, 09:55,
  • Siyasət
  • Baxılıb: 15
Əsgərlərimiz qayıdacaq, xeyli erməni əsgəri həyatları ilə vidalaşmalı olacaq - Fəzail İbrahimli


“Zəfər Savaşında kaputilyasiyaya məcbur olan düşmən son vaxtlar ayrı-ayrı xarici ölkələrin hərbi və siyasi dəstəyi ilə yeni revanşa ümid edir. Fransanın diplomatik separatizminə və xaricdən alınan silahlara güvənən Ermənistan yenə də Azərbaycan dövlətinin qüdrəti qarşısında rəzil vəziyyətə düşdü”.

“Bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli Ermənistanın son təxribatçı hərəkətlərini şərh edərkən deyib.

Onun sözlərinə görə, bu günlərdə Laçın istiqamətində baş verənlər bir daha göstərdi ki, Ermənistan çirkin planlarından əl çəkmək niyyətində deyil: “Lakin Emənistan silahlı bölmələrinin təxribatına ordumuz tərəfindən layiqli cavab verildi”.

Vitse-spiker hesab edir ki, hərbi təxribata ordumuzun layiqli cavabı bir sıra siyasi nəticələri də ortaya qoydu: “Ermənistan bu dəfə də təxribatçı əməlini Azərbaycanın üzərinə atmağa çalışdı, amma bir daha bu iftira kampaniyası iflasa uğradı. Dünyanın mühüm informasiya agentlikləri bu olayı məhz Azərbaycanın öz suveren hüquqlarını müdafiə etməsi kimi qiymətləndirdi. Hərbi təxribatın hər iki ölkə rəhbərinin danışıqları davam etdirmək üçün ABŞ dövlət rəhbərliyi tərəfindən Vaşinqtona dəvət olunacağı barədə xəbərlər yayılan vaxtda baş verməsi, bir daha onu göstərdi ki, Ermənistan sülh əldə olunmasında, problemin aradan qaldırılmasında maraqlı deyil. Bu isə heç şübhəsiz Paşinyan hökumətinin son vaxtlar yeganə istinad nöqtəsi bildiyi Qərb dairələrinin narazılığına səbəb oldu. Məhz bu səbəbdən Ermənistan Xarici İşlər Nazirliyinin hadisə baş verəndən sonra Avropa İttifaqının müşahidə missiyasının komandirini Dığ kəndi istiqamətindəki erməni mövqelərinə getməsi üçün yalvarışları nəticəsiz qaldı. Avropa İttifaqı missiyasının alman rəhbəri hətta erməni hərbçilərin müşayiəti ilə kəndi ziyarət etməkdən boyun qaçırıb və bununla da Avropa İttifaqının missiyasına arxalanan İrəvanın xəyallarını puç etdi. İrəvan başa düşməlidir ki, onun arxalanacağı, dil tapacağı, razılaşacağı tək ünvan var - o da Azərbaycandır. Təəssüf ki, şovinist erməni rəhbərliyi hələ də bu həqiqəti dərk etmir və vəziyyəti daha da gərginləşdirir”.

Fəzail İbrahimli onu da əlavə edib ki, Naxçıvanın Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgərə ermənilər tərəfindən igəncə verilməsi bunun bir nümunəsidir: “Cəbhədə və diplomatik masada tam məğlub olan işğalçı rejim sanki silahsız əsirdən qisas alır. Əslində ermənilər həmişə əsir və girov götürdüklərinə işgəncə verib, fiziki təzyiqlərə məruz qoyublar. Xocalı soyqırımını törədənlərdən bundan artığını gözləmək də sadəlövhlük olardı. Ancaq Azərbaycan ərazisinə oxşar səbəbdən keçən ermənilərlə həmişə xoş rəftar olunub və indiki olayda dünya bir daha erməni xislətinin gerçək üzünə şahid oldu. Azərbaycan dövləti və ordusu təkbaşına bütöv bir orduya qorxu yaşadan Mübariz İbrahimovun nəşinin vətənə gətirilmək, bayrağına həqarətin cəzasını verən Ramil Səfərovun azadlığına nail olmaq, öz dədə baba yurdlarını ziyarət etdikləri üçün əsir alınan Dilqəm Əsgərov və Şahbaz Quliyevi vətənə qaytarmaq gücünü sübut edib. İndi əsgərimizə qarşı edilənlər də cavabsız qalmayacaq. İndiki halda bizim cavabımız həm hüquqi, həm siyasi, həm də diplomatik çərçivədə verilir. Lakin həmin işgəncəni verənlər qat-qat artıq cəzalarını almalıdır. Vətən müharibəsində illərlə törədilən erməni vəhşiliyinin qisasını Azərbaycan Ordusu aldı. Ordumuz heç bir addımı cavabsız qoymayacaq. Əsgərlərimiz vətənə qayıdacaq, amma bu gedişlə xəstə erməni şovinizminin icraçıları olan erməni əsgərlərinin xeylisi nəinki vətəniylə, həyatla vidalaşmalı olacaq. Bunu isə əgər analıq hissləri varsa erməni anaları düşünməli və Fransanın, digər xarici güclərin boş bəyanatlarına güvənən Paşinyan hökumətindən övladlarının təhlükəsizliyini tələb etməlidir. Ermənilər dərk etməlidir ki, Azərbaycan heç bir halda şəhidlərinin bir damla qanını da yerdə qoymayacaq, bir qarış torpağını belə düşmənə verməyəcək. Azərbaycan tək Ermənistana qarşı yox, həm də onun havadarlarına qarşı mübarizə aparır. Amma dünyadakı qeyri-müəyyənliklərdən faydalanmaq istəyən güclər Azərbaycanın tək olmadığını da bilməlidirlər. Türkiyə öz qardaşı Azərbaycanla sonsuzadək birlikdədir. Azərbaycanla bağlı kirli və qanlı plan quranlar Şuşa Bəyannaməsini unutmasınlar. Onlar türk dünyasını da gözardı etməməlidirlər. Bölgədə sülh istəməyənlər 44 günlük Vətən müharibəsindən ibrət dərsi almalı və ciddi nəticələr çıxartmalıdırlar. Əks təqdirdə tarix təkrar oluna bilər”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 134
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 493
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter