• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Moskva və Kişinyov görüşlərindən nə gözlənilir? - ŞƏRH

  • 24.05.2023, 16:00,
  • Siyasət
  • Baxılıb: 34
Moskva və Kişinyov görüşlərindən nə gözlənilir? - ŞƏRH



“Moskva və Kişinyov görüşlərində hər hansı sazişin imzalanmasını gözləmirəm”.

Bunu politoloq Zaur Məmmədov Cebhe.info-ya açıqlamasında Moskva və Kişinyovda Azərbaycanla Ermənistan liderləri arasında keçiriləcək görüşün nəticələrini şərh edərkən bildirib.

O bildirib ki, həm Moskva, həm də Kişinyov görüşlərində Bakı və İrəvanın, həmçinin Rusiya və Qərbin siyasi-iqtisadi maraqları nəzərdən keçiriləcək:

“Hesab edirəm ki, Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşləri hər üç ölkə üçün önəmli olacaq. Bu görüşdə Moskva, Bakı və İrəvanın regionda son siyasi proseslərlə bağlı baxış bucaqları xüsusi diqqət mərkəzində olacaq.

Görüş zamanı hər üç dövlətin lideri gündəmdə olan mühüm məsələlər ətrafında müzakirələr aparacaqlar. Lakin görüşün sonunda sülh müqaviləsi və ya ikitərəfli münasibətlərin normallaşması ilə bağlı hər hansı çərçivə sazişin imzalanması gözlənilmir. Sülh sazişinin imzalanması üzrə yekun qərarın verilməsinin zamanı hələ çatmayıb.

Yalnız Azərbaycan və Ermənistan arasında dəmir yolunun çəkilməsi yönündə mühüm anlaşma ola bilər”.

Onun sözlərinə görə, Azərbaycan regional kommunikasiyaların açılması ilə bağlı sənədə imza atmağa hazırdır:

“Azərbaycan bu prosesin sənədləşməsinə hər an hazırdır. Amma Ermənistan tərəfi bu prosesi ləngidir. Ona görə ki, rəsmi İrəvan Rusiya və Qərbin baxış bucaqları arasında qalıb. Regional kommunikasiyalar məsələsində Rusiya və Qərb fərqli mövqe yürüdürlər. Hazırda dəmir yolu məsələsindən fərqli olaraq avtomobil yolunun salınması istiqamətində zəruri addımların atılması mümkün görünmür”.

Politoloq Kişinyov görüşünə də münasibət bildirib:

“Kişinyov görüşündə Almaniya və Fransa liderlərinin iştirakı çox mühümdür. Çünki Azərbaycan tərəfi öz geosiyasi baxış bucaqlarını və Ermənistanın öhdəliklərini Aİ-nın iki aparıcı dövlətinin liderinin diqqətinə çatdıracaq.

Kişinyov görüşündə əsasən sülh müqaviləsinin müddəaları və regional kommunikasiyaların perspektivləri barədə ətraflı danışıqlar aparılacaq. Ancaq bu görüşdə də sülh məsələsi ilə bağlı sazişin imzalanması inandırıcı görünmür. Bildirim ki, Kişinyovda beştərəfli görüşün nəticələri Moskvada keçiriləcək üçtərəfli görüşdən asılı ola bilər”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 23
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 063
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 752
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter