• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Rus general: Paşinyan dedi ki, Qarabağ Azərbaycandır, bizlik deyil - Xankəndidə şok gəlişmə

  • 08.07.2023, 12:24,
  • Siyasət
  • Baxılıb: 125
Rus general: Paşinyan dedi ki, Qarabağ Azərbaycandır, bizlik deyil - Xankəndidə şok gəlişmə


Dünən Xankəndidəki qanunsuz rejimin bir neçə nümayəndəsi, o cümlədən Arayik Arutyunyanın yanında qondarma “anti-böhran şurası”nın sədri Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandanı general Lentsovla görüşüb.

Bu barədə Ermənistanın “Hraparak” qəzeti mənbələrinə istinadən yazır.

“Görüş çox gərgin atmosferdə keçdi. Lentsov bildirib ki, Laçın “dəhlizində” yaranmış vəziyyətə görə məsuliyyət Rusiyadan çox, Nikol Paşinyanın üzərinə düşür. Rus generalın sözlərinə görə, Paşinyanın "Qarabağın Azərbaycandır" deməsindən sonra Laçın yolu bağlanıb. Fəallar sülhməramlıların komandirinə deyiblər ki, onlara təhlükəsiz həyata zəmanət verən Putin olub və bu, noyabrın 9-da verdiyi bəyanatla təsdiqlənib, lakin komandir yaranmış vəziyyətdə yalnız Rusiya tərəfinin günahkar olduğunu təkzib edib. O həmçinin qeyd edib ki, göstərişləri yerinə yetirirlər, siyasi platformada qərarlar qəbul edilməlidir. Nəticədə fəallar general Lentsovla görüşü narazı şəkildə tərk ediblər.

Eyni zamanda, bəzi məlumatlara görə, məlum olub ki, görüşdən iki gün əvvəl sülhməramlıların qərargahı qarşısında da aksiyalar keçirilib, lakin aksiyalarda maksimum 30 nəfər iştirak edib. Görüşdə Samvel Babayanın yaxın dostlarından olan, Rusiya əleyhinə fikirləri ilə tanınan və Qarabağda agent kimi qəbul edilən Artur Osipyan, David Vanyan iştirak edib. Qarabağ sakinləri hesab edirlər ki, onlar Ermənistan hakimiyyəti adından anti-Rusiya əhval-ruhiyyəsini qızışdırırlar”, – qəzet yazır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter