• 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

Rusiya Qarabağda aranı qarışdırır: Separatçılara yeni "nəfəs"? - NƏ ETMƏLİ?

  • 20.07.2023, 14:00,
  • Siyasət
  • Baxılıb: 71
Rusiya Qarabağda aranı qarışdırır: Separatçılara yeni "nəfəs"? - NƏ ETMƏLİ?


Rus sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizdə, xüsusilə Xankəndi və Əsgəranda erməni separatçıların təşkilatçılığı ilə keçirilən nümayişlər və küçə yürüşləri davam edir.

Son günlər Xankəndinin mərkəzi meydanında çadırla quran separatçıları bu dəfə Ağdam yolunda aksiya keçiriblər.

“Hraparak” nəşrinin yaydığı məlumata görə, erməni separatçıları Ağdam-Əsgəran yolunu beton bloklarla bağlayıblar.

Hərəkatın təsisçisi Arşak Abramyan qeyd edib ki, onlar bölgənin Azərbaycana inteqrasiya olmasına qarşıdırlar.

“Yer təsadüfən seçilməyib, biz humanitar yüklər adı altında Azərbaycanın bölgədəki inteqrasiyasının başlamasına imkan verməyəcəyik. Növbəti addım ticarət olacaq”, - deyə Abramyan bildirib.

Xankəndində son vəziyyəti şərh edən bəzi ekspertlər hesab edirlər ki, bölgədə hazırda baş verən siyasi proseslərin arxasında Rusiya dayanır. Onlar iddia edirlər ki, Moskvanın göstərişi ilə rus sülhməramlıların rəhbərliyi bir sıra təlatümlərin baş verməsinə sövq etməklə bölgədə yaşayan ermənilərin reinteqrasiya prosesinə mane olmağa çalışır.

DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən beynəlxalq münasibətlər üzrə ekspert Əlimusa İbrahimov bildirib ki, Rusiya Azərbaycan ilə erməni xalqları arasında əbədi sülhün bərqərar olunmasında maraqlı deyil:

“Rusiya XİN rəhbərliyinin son bəyanatı Rusiyanın iç üzünü göstərdi. Məlum bəyanatda səsləndirilən ifadələrə diqqət yetirsək, Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının, o cümlədən Qarabağda sülh və sabitliyin bərqərar olunmasının əlehinə olduğunu görərik.

Moskva Qarabağ məsələsinin Azərbaycanın tərkibində həll olunmasını istəmir. Hətta Moskvada Paşinyanın Azərbacanın ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatı qəbuledilməz hesab edilir. Rusiyanın regionda əsas məqsədi odur ki, Azərbaycanla Ermənistan arasında nə sülh müqaviləsi imzalansın, nə diplomatik münasibətlər bərpa olunsun, nə də Qarabağdakı ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya olunsun.

Çünki Kremldə hesab edirlər ki, bu kimi proseslər Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyini təhlükə altına qoyur. Tarix boyu Rusiya Azərbaycanla Ermənistan arasında münaqişə yaratmaqla və ya bu mexanizmi davam etdirməklə hər iki dövləti öz əlində saxlamağa çalışıb. Hazırda da Moskva bu mexanizmi tətbiq edir. Məhz Rusiya müxtəlif vasitələrlə sülh prosesinə əngəl törətməyə cəhd edir”.

Belə bir şəraitdə Azərbaycanın hansı addımlar atacağı ilə bağlı suala cavab verən ekspert vurğulayıb ki, Azərbaycanın dövlət rəhbəri zəruri tədbirlərin nə zaman görmək lazım olduğunu çox yaxşı bilir:

“Bildiyimiz kimi, hazırda Azərbaycan kifayət qədər siyasi, iqtisadi və hərbi resurslara malikdir. Azərbaycan bu resurslar, eləcə də digər hərbi imkanları ilə ərazisində nəinki qeyri-qanuni erməni silahlı birləşmələrini zərərsizləşdirmək, hətta rus sülhməramlıların özbaşnalıqlarının qarşısını almaq iqtidarındadır. Hesab edirəm ki, Azərbaycan təkbaşına bu istiqamətdə zəruri və lazımi addımlar atacaq”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 181
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 902
  • 59
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter