• 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

Paşinyanın mesajlarının şifrələri və ya İrəvanın “Bakı-Xankəndi formatı” oyunu

  • 28.07.2023, 15:30,
  • Siyasət
  • Baxılıb: 39
Paşinyanın mesajlarının şifrələri və ya İrəvanın “Bakı-Xankəndi formatı” oyunu


Bir neçə gün bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan geniş mətbuat konfransı keçirib və orada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, Qarabağ məsələsi, beynəlxalq ictimaiyyətin münaqişəyə yanaşması barədə bir çox sualları cavablandırıb. Paşinyan bundan əvvəl olduğu kimi, yenə də Ermənistanın ərazi bütövlüyünü tanıdığını söyləyib. “İrəvan Qarabağın taleyini həll edə bilməz” deyən Nikol qeyd edib ki, dünyada elə bir ölkə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü tanısın. Sülhün önəmindən danışan Baş nazir Azərbaycana qarşı qərəzli bəyanatlar da səsləndirib. Laçın yolu məsələsi, Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyi” kimi absurd fikirlər də Ermənistan rəhbərinin dilindən səslənib.

Azərbaycanlı ekspertlər qeyd edirlər ki, Paşinyanın mətbuat konfransında dedikləri bir çox məsələlərə aydınlıq gətirilməsi baxımından önəmlidir.

Analitik Asif Nərimanlı AYNA-ya müsahibəsində bildirib ki, Paşinyanın mətbuat konfransının məqsədi mövcud reallıqları erməni ictimai rəyinə çatdırmaq idi:

- Əsas tezisi də bu idi ki, yeni müharibə Ermənistanın dövlət kimi mövcudluğunu təhlükəyə atacaq. Yeganə yol sülh sazişinin imzalanması və reallıqla razılaşmaqdır. Paşinyanın ötən ay keçirdiyi mətbuat konfransı ilə müqayisədə son açıqlamaları sülhə, daha doğrusu, reallıqları qəbul etməyə daha yaxın olduğu fikrini yaradır. Bu danışıqlar prosesinin gedişatından qaynaqlana bilər. Liderlər sonuncu dəfə Brüsseldə görüşdü. Görüşün yekun nəticələri Bakının gündəliyinin növbəti dəfə təsdiqidir, lakin Qərb konkret nəticələr əldə etmək istəyir. Bu baxımdan, Paşinyana sülh sazişinin imzalaması üçün təzyiqin edildiyi istisna deyil. Xüsusilə Avropa İttifaqının prosesi sürətləndirmək niyyətində olduğu görünür. Rəsmi Brüssel Ermənistana maliyyə baxımından böyük dəstək verir, bunun qarşılığı olmalıdır. Mümkündür ki, Brüssel formatından nəticə hasil olması tələbi var. Paşinyanın səsləndirdiyi fikirləri də erməni ictimai rəyini hazırlamaq kimi qəbul etmək olar.

- Ermənistan Baş naziri bildirdi ki, Qarabağ ermənilərinin taleyini Ermənistan həll edə bilməz. Bakı-Xankəndi dialoqu olmalıdır. Bu dialoq mümkündürmü?

- 44 günlük müharibədən öncə Paşinyan eyni mövqeyi irəli sürmüşdü: Qarabağdakı ermənilərin adından danışmaq mandatının olmadığını deməklə separatçıları “tərəfə” çevirməyə çalışırdı. Nəticədə müharibə baş verdi. İndi eyni mövqeyi yenidən təkrarlamasının birdən çox məqsədi var.

Birincisi, separatçıları “tərəfə” çevirmək siyasətini davam etdirir və bununla Qarabağda problemin “hüquqi münaqişə” olaraq qalmasına çalışır.

İkincisi, “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayacaq, Qarabağdakı ermənilər taleyini İrəvan həll edə bilməz” mesajını verir.

Bakı-Xankəndi formatı da buna hesablanmış oyundur. Belə bir formatda dialoqun aparılması separatçıları “tərəfə” çevirir və onlara heç bir status, yaxud muxtariyyət verilməsə belə, Azərbaycanın unitar dövlət quruluşu üçün təhlükəlidir. Bakı belə formatı qəbul etmir, bundan sonra da qəbul etməyəcək. Təbii ki, erməni əhalisi ilə danışmaq, müzakirələr aparmaq lazımdır, rəsmi Bakının təklifi də bundan ibarətdir. Lakin bu hansısa formatda olmayacaq.

- Paşinyan çıxışında dedi ki, separatçıların bütün məsələləri qaldırmaq, razılaşmamaq ixtiyarı var, amma bunun siyasi məsuliyyəti də onların üzərindədir. Sizcə, bu, separatçılara “Ermənistan Qarabağdan imtina edib” mesajı çatdırmaq anlamı daşıyırmı?

- İrəvanın məqsədi sülh sazişini imzalamaq, amma Bakı-Xankəndi formatı ilə qeyd etdiyim kimi, Qarabağ problemini kart kimi saxlamaqdır. Bunun üçün separatçıları dialoqa razı salmağa çalışır. Lakin qondarma rejim buna razı deyil. Samvel Babayanın Xankəndiyə göndərilməsi də Bakı ilə danışıqların aparılması mövqeyinin gücləndirilməsi məqsədi daşıyırdı. Paşinyanın verdiyi mesaj budur ki, onun təklif eydiyi variantla razılaşmaycaqları təqdirdə, məsuliyyəti separatçılar daşıyır. Bəllidir ki, separatçıların sərgilədikləri mövqe Qarabağda hərbi əməliyyatların keçirilməsi variantını aktuallaşdırır. Nikolun “siyasi məsuliyyət” dediyi məsələ də baş verəcək hadisələrə görə separatçıların məsuliyyət daşıyacağını öncədən elan etmək, mümkün hadisələrdə məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Bu açıqlamaları Ermənistanın Qarabağdan imtina etməsi kimi qəbul etmək olar. Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, sülh sazişi imzalandıqdan sonra Qarabağdan rəsmi olaraq imtina edəcəklər. Amma Bakı-Xankəndi formatı, beynəlxalq mexanizmlərin yaradılması kimi məsələlər üzərindən dediyim kimi, “hüquqi münaqişə”nin qalması siyasətini də davam etdirdikləri nəzərdən qaçmamalıdır.

- Ümumilikdə, Paşinyanın açıqlamalarından belə başa düşmək olarmı ki, Paşinyan hakimiyyəti sülhə hazır olduğunu nümayiş etdirir?

- Paşinyanın açıqlamalarının ümumi məğzi bundan ibarət idi. Ermənistanın gələcəyi üçün sülhdən başqa yolun olmadığını erməni ictimai rəyinə çatdırmağa çalışdı. Lakin sülh üçün Ermənistanın Qarabağdakı proseslərə müdaxilə etməkdən əl çəkməsi, qoşunlarını çıxarması, erməni əhalisinin seçiminə qarışmaması lazımdır. Lakin bunlardan hələ də imtina etməyib. Bu baxımdan, Paşinyanın sülh mesajları birmənalı olaraq qarşılanmamalıdır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 181
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 902
  • 59
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter