• 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 

“Azərbaycan ərazisində separatizmin kökü birdəfəlik kəsilməlidir” - ÇAĞIRIŞ

  • 29.08.2023, 16:00,
  • Siyasət
  • Baxılıb: 14
“Azərbaycan ərazisində separatizmin kökü birdəfəlik kəsilməlidir” - ÇAĞIRIŞ


Laçın yolu ilə bağlı Azərbaycana haqsız beynəlxalq təzyiqlər davam edir. Bir müddətdir ki, Ermənistanın başlatdığı “humanitar böhran” şousu çərçivəsində erməni havadarı olan təşkilat və ölkələrdən Azərbaycan əleyhinə bəyanatlar səsləndirilir. Bəyanatlar xüsusilə də, Qərb ölkə və təşkilatları tərəfindən səsləndirilir. Təzyiqlərin davam etdiyini Azərbaycan Prezidenti İlham Əliyev də səsləndirdi.

Ölkə başçısı Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı xatırlatdı ki, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulub: “Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar”.

“Heç bir şey bizi yolumuzdan döndərə bilməz. 23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”, - deyə Prezident xatırlatdı.

Onu da bildirək ki, bu günlərdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər edib, müxtəlif fikirlər səsləndirib. Eyni zamanda, Fransanın Laçın yolu ilə bağlı məsələni yenidən BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq istədiyi məlumatları var. Ekspertlər bildirirlər ki, bütün bu təzyiqlərin bir neçə səbəbləri var.

DİA.AZ-ın məlumatına görə, mövzu barədə AYNA-nın suallarını cavablandıran Azərbaycan Milli Məclisinin üzvü Elşad Mirbəşiroğlu deyib ki, məsələyə keçmişdən üzü bu yana dayanaraq baxmaq lazımdır:

- 2020-ci ildən sonra Fransa başda olmaqla, Qərb ölkələri ATƏT-in Minsk Qrupu platformasını aktivləşdirməyə çalışdılar. Azərbaycan Prezidenti bu barədə qəti mövqeyini ortaya qoydu, “artıq münaqişə yoxdur, Minsk Qrupuna da ehtiyac yoxdur” mesajı verdi. Amma biz gördük ki, bu istiqamətdə kifayət qədər ciddi cəhdlər edildi, həmsədrlik institutunun bərpası istiqamətdində dəridən-qabıqdan çıxdılar. Bu gün də həmin cəhdlər davam edir. Məsələn, bu günlərdə ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistana səfər etdi. Biz onun Laçın yolu ilə bağlı erməni uydurmalarına qulaq asdığını gördük. ATƏT platformasında hansısa müzakirələrin başladılmasına cəhdlər edilir. Azərbaycana qarşı təzyiq elementlərindən biri də budur.

- Təzyiqlər hansı formadadır?

- Biz əslində bunu xeyli müddətdir müşahidə edirik. Ermənistanın “humanitar böhran” şousu, Laçın yolu ilə bağlı yaradılan süni ajiotaj bu təzyiqlərin bir növüdür. Hazırda Laçın yolu məsələsi və Qarabağda yaşayan ermənilərin vəziyyəti barədə siyasi spekulyasdiyalar davam edir. Bu spekulyasiyalar “Madrid prinsipləri”ni xatırladır. Bu sənədin müəllifi də Qərb idi, ATƏT idi. Yaxud da, 1997-98-ci illərdə ATƏT-in Minsk Qrupu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üçün üç variant irəli dürülmüşdü. Bu variantların hər birində də Ermənistana açıq dəstək mövcud idi. Bu gün ATƏT-in Minsk Qrupu platformasının reabilitasiya edilməsindəki cəhdlər onu göstərir ki, bölgədə geosiyasi mübarizənin şiddətləndiyini deməyə əsas verir. Amma unudurlar ki, artıq 1997-ci il deyil. Azərbaycan artıq ərazilərini işğaldan azad edib, ərazi bütövlüyü bərpa olunub.

- Geosiyasi mübarizə dedikdə nəyi nəzərdə tutursunuz?

- Qərb hesab edir ki, Azərbaycan-Ermənistan münasibətləri bütün hallarda Qərbdən gələn təşəbbüslər əsasında tənzimlənməlidir. Bu, Qərb ölkələrinin Cənubi Qafqazda mövqelərinin möhkəmlənməsinə gətirib çıxaracaq. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, vaxtilə əsasında danışıqlar aparılmış “Madrid prinsipləri”nə uyğun olaraq Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşsa da, açıq məsələ qaldı. Bu məsələ də Azərbaycan ərazisində yaşayan ermənilərin “statusu” məsələsidir.

“Madrid prinsipləri”ndə məsələ bu cür qoyulurdu: Laçın yolu dəhliz adlanırdı və Ermənistanla Xankəndi arasında əsas kommunikasiya xətti kimi qalırdı, “ermənilərin statusu” məsələsi də gələcəyə saxlanılırdı. Bu gün də bu prinsiplərə sadiqlik nümayiş etdirirlər, baxmayaraq ki, Azərbaycan mövqeyini açıq və qəti şəkildə qoyub. Yenə də o təşəbbüsləri eşidirik ki, hansısa beynəlxalq mexanizmlər tətbiq olunmalıdır, hansısa nəzarət qrupları regionda fəaliyyət göstərməlidir.

- Azərbaycanın bu təzyiqlər qarşısında geri çəkilməsi ehtimalı varmı?

- Əlbəttə, xeyr! Biz məsələnin bu cür inkişafına yol verə bilmərik. Ötən əsrin 90-cı illərində proses məhz bu cür başladı, sonrakı mərhələlər də bəllidir. Azərbaycan ərazisində separatizmin kökü birdəfəlik kəsilməlidir. Çünki biz keçmişdən dərs çıxarmışıq.

Azərbaycanın bugünkü strategiyası bütün ərazilərində suverenliyini təmin etməkdən ibarətdir. Azərbaycan Laçın yolunda nəzarət-buraxılış məntəqəsini qurmaqla tarixi addım atdı, ərazi bütövlüyünü təmin etdi. Bütün dünya Azərbaycanın formalaşdırdığı yeni geosiyasi konfiqurasiya ilə razılaşmaq məcburiyyətindədir.

- Amma bununla razılaşmayan ölkələr də qalır. Məsələn, Fransa Laçın yolu ilə bağlı məsələni yenidən BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq niyyətindədir...

- Təbii ki, Fransa əvvəlki mövqeyində qalır. Nə Ermənistan, nə də onun havadarları dinc dayanmaq fikrindədirlər. Cənab Prezident İlham Əliyev də bəyan etdi ki, biz hər zaman hazır olmalıyıq – həm siyasi cəhətdən, həm də hərbi cəhətdən.. Amma Azərbaycan ötən əsrin Azərbaycanı deyil. Bizim yolumuz Ermənistan bizim qonşumuz olduğu müddətdə Azərbaycanın təhlükəsizliyinə hər zaman təhdidlər qalacaq bütün ərazilərimizdə suverenliyimizi təmin etmək və Ermənistanın bütün təxribatlarının qarşısını qətiyyətlə, zamanında almaqdır. Bu istiqamətdə də addımlarımızı atırıq. Siyasi və hərbi müstəvidə mübarizəmiz davam edəcək.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 178
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 897
  • 59
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter