• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Hikmət Hacıyev: “Rəsmi Bakı BQXK və Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədədir”- FOTO

  • 26.09.2023, 13:34,
  • Siyasət
  • Baxılıb: 37
Hikmət Hacıyev: “Rəsmi Bakı BQXK və Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədədir”- FOTO


“Biz yerdəki humanitar ehtiyacların ödənilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə, həmçinin Qarabağın erməni sakinlərinin nümayəndələri ilə müntəzəm əlaqədəyik”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “X” platformasındakı paylaşımında qeyd edib.

“Ağdam, Sabirabad və Saatlı rayonlarındakı xəstəxanalar Xankəndidən xeyli sayda xəstənin qəbul edilməsi üçün əlavə tibbi heyətlə gücləndirilib.
Xüsusilə də yanıq müalicəsi üçün dərmanlar və digər tibbi heyət göndərilib. Əlavə olaraq qida yardımı çatdırılıb. Bu, bu gün də, həmçinin qarşıdakı günlərdə də davam etdiriləcək.

Tibbi yardıma ehtiyacı olan şəxsləri yerindəcə kömək göstərmək üçün Ermənistandan Qarabağa həkim briqadası gətirən helikopterin girişi təmin edilib.

Hazırda Gorus-Qafan-Eyvazlı-Füzuli-Şuşa-Xankəndi yolu ilə tibbi təxliyələrin həyata keçirilməsi və yardımların çatdırılması məqsədilə BQXK-nın əraziyə müstəsna giriş imkanının təmin edilməsi üzərində iş aparılır”, - deyə Hikmət Hacıyev qeyd edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Onlar belə maaş alacaqlar

  • Bu gün, 13:11
  • 3
  • 0

"Bitcoin" kəskin ucuzlaşdı

  • Bu gün, 09:42
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter