• 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 10:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 
  • 22:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 22:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 

Casus şəbəkəsi ifşa olunan bir ölkənin rəsmiləri utanmaq və susmaq əvəzinə... - RƏSMƏN BAĞIRIRLAR...

  • 11.01.2024, 14:22,
  • Siyasət
  • Baxılıb: 20
Casus şəbəkəsi ifşa olunan bir ölkənin rəsmiləri utanmaq və susmaq əvəzinə... - RƏSMƏN BAĞIRIRLAR...


Son günlər Fransa Prezidenti E.Makronun düşünülməmiş siyasəti nəticəsində dünya mediasında casus şəbəkəsinin ifşası müzakirə olunur. Qərb mətbuatı uzun illər Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanda ifşa olunduğunu yazır. Məlum olduğu kimi, Fransa casus şəbəkəsinin ştatdankənar əməkdaşı olmuş Fransa vətəndaşlarından biri könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanları ilə əməkdaşlığa təşəbbüs göstərib. Müəyyən müddət ərzində bir qismi indi və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Bununla yanaşı, Azərbaycan xüsusi xidmət orqanlarına Fransa rezidenturasının Cənubi Qafqaz, Yaxın Şərq, Ukrayna və Moldovadakı fəaliyyətinə dair dəlil və sənədlər təqdim edilib. Nəticədə bir sıra şəxs həbs olunub, bəziləri isə istintaq altındadır. Heç şübhəsiz, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin bu əməliyyatı Fransa xüsusi xidmət orqanlarının son 50 ildəki ən böyük iflası və biabırçılığıdır. Digər yandan, bu, Fransanın Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini pozması deməkdir. Casus şəbəkəsinin ifşası Fransanın təkcə Cənubi Qafqaz deyil, Afrikada da siyasətinə təsir edəcək. Görünən odur ki, Fransa xarici siyasəti özünün enişini və fiaskosunu yaşayır. Çünki Fransa təkcə nüfuz dairəsində olan kaloniyalardakı siyasətinin deyil, həm də ifrat tərəfkeşlik üzərində qurduğu xarici siyasətində də biabırçı vəziyyətlə üzləşir.

Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Fransa tərəfi baş verənlərlə bağlı izahat vermək və istintaqla əməkdaşlıq etmək əvəzinə Azərbaycan əleyhinə açıqlamalarla çıxış edir. Ekspertə görə, bu artıq bütün “qırmızı xətt”ləri, diplomatik normaları tapdayıb keçmək deməkdir:
"Fransa “qara məni basınca, mən qaranı basım” prinsipi ilə Azərbaycanın üzərinə gəlir. Fransa tərəfinin bu hərəkətləri tamamilə yersizdir. Çünki Azərbaycan heç bir beynəlxalq hüquq normalarını və diplomatik protokolu pozmayıb. Hər şey hüquq çərçivəsində baş verir. Fransa vətəndaşı Martin Rayan casusluq əməlləri törətməkdə şübhəli bilindiyinə görə həbs edilib. Fransanın Bakıdakı səfirliyi həmin şəxsin həbsi barədə dərhal məlumatlandırılıb. Martin Rayanın hətta valideynləri ilə telefonla danışmaq imkanı da yaradılıb və o, atasına deyib ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır. Belə olan halda Fransa tərəfi nəyə etiraz edir? Məgər kifayət qədər təcrübəli diplomat olan Fransanın xarici işlər naziri Katrin Kolonna bilmirmi ki, onun ölkəsinin və rəhbərlik etdiyi nazirliyin hazırkı davranışı Azərbaycanın daxili işlərinə müdaxilə etməkdir? Rəsmi Parisin məntiqini başa düşmək mümkün deyil. Fransanı idarə edənlərin beynəlxalq hüquqdan xəbəri yoxdur. Casus şəbəkəsi ifşa olunan bir ölkənin rəsmiləri utanmaq və susmaq əvəzinə, həyasızlıq edirlər. Bu da əsl fransızsayağı siyasi mədəniyyətsizlikdir".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Hərbçimiz vəfat etdi

  • Bu gün, 09:57
  • 8
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 183
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 542
  • 20
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter