• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Paşinyan yenə "Paris" dedi: Münxen formatı da sülh gətirməyəcək? - GƏLİŞMƏ

  • 28.02.2024, 14:22,
  • Siyasət
  • Baxılıb: 31
Paşinyan yenə "Paris" dedi: Münxen formatı da sülh gətirməyəcək? - GƏLİŞMƏ


İki gün əvvəl Ermənistan Milli Məclisində Baş nazir Nikol Paşinyanla hökumətyönlü deputatlar arasında qapalı görüş baş tutub.

Bu görüş üç saatdan çox davam edib.

“Cebhe.info” xəbər verir ki, “Johovurd” qəzeti belə yazıb.

Ermənistanın Baş naziri Münxen danışıqlarının nəticələrini, xüsusilə də Azərbaycan Prezidenti ilə görüşü barədə məlumatları təqdim edib.

“Əslində, Paşinyan öz tərəfdaşlarına danışıqlar prosesində xüsusi irəliləyiş olmadığını deyib. Bildirib ki, Münxen görüşü sadəcə növbəti görüşdür və bu görüşdə mühüm heç nə əldə olunmayıb”.

Xatırladaq ki, fevralın 17-də Münxendə Almaniyanın təşkilatçılığı ilə keçirilən Azərbaycan-Ermənistan danışıqlarından sonra tərəflərin bir sıra məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəldiyi barədə məlumat verilmişdi.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin fevralın 28-29-da Berlində baş tutacaq görüşü isə Almaniyanın dəstəyi ilə sülh prosesinin irəliləməsinə ümidləri artırıb. Ceyhun Bayramov və Ararat Mirzoyanın rəhbərlik etdiyi nümayəndə heyətləri sülh müqaviləsinin mətninə dair müəyyən məsələlər üzrə razılığa gələ bilsə, bu danışıqlarda Berlin platformasının yaranmasına gətirib çıxaracaq.

Bu isə Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün Almaniyanın paytaxtında keçirilməsi üçün yeni siyasi baza yarada bilər. Son vaxtlar Olaf Şolts hakimiyyətinin Azərbaycan-Ermənistan danışıqlar prosesinə ev sahibliyi etmək üçün diplomatik fəallığını artırması Almaniyanın Cənubi Qafqazda strateji maraqlarının artmasından xəbər verir.

Almaniya Bundestaqının hüquqi məsələlər komissiyasının sədri Elizabet Vinkelmayer-Bekkerin başçılıq etdiyi nümayəndə heyətinin Ermənistana səfəri rəsmi Berlinin bölgəyə diqqətinin təzahürüdür.

Lakin Paşinyanın açıqlaması Ermənistanın Berlin formatına marağının yüksək olmadığını deməyə əsas verir. Paşinyan hökiməti sülh müzakirələrinin daha çox Fransanın iştirak etdiyi siyasi format çərçivəsində aparılmasına tərəfdardır. Çünki belə platformalarda birmənalı şəkildə Ermənistanın mənafeyi üstün tutulur.

Ancaq Fransanın vasitəçilik təşəbbüslərindən Azərbaycanın imtina etməsi Ermənistanın istəyini reallaşdırmaq cəhdlərinin qarşısını alır. Ona görə də Fransa Ermənistanı silahlandırmaq və bölgədə eskalasiyaya şərait yaratmaqla Azərbaycana təzyiq etməyə çalışır.

Azərbaycan isə fevralın 17-də Münxendə keçirilmiş görüşdən sonra Almaniyanın təşkilatçılıq etdiyi müzakirələrə maraq göstərir. Çünki 2023-cü il oktyabrın 5-də Avropa İttifaqı Şurasının İspaniyanın Qranada şəhərində baş tutan sammitində Azərbaycanın iştirakı olmadan dördtərəfli formatda Ermənistanın xeyrinə bəyanatın qəbuluna imza atan Almaniyanın mövqeyində indi ciddi dəyişiklik müşahidə olunur.

Şolts hökuməti Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar formatına üstünlük verir və tərəflərin qəbul edəcəyi sülh prosesini dəstəkləməyə hazır olduğunu bəyan edir. Bununla da Almaniya neytral mövqeyə keçməklə Azərbaycanla yaranmış narazılığın aradan qalxmasına tərəfdar olduğunu, Cənubi Qafqaz Fransanın siyasi aləti olmaq istəmədiyini nümayiş etdirir.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün Berlində təşkili də Almaniyanın danışıqlar prosesindən kənarda qalmış Fransa ilə müqayisədə diplomatik üstünlüyü deməkdir. Ona görə də Nikol Paşinyanın Münxendən sonra dərhal Fransaya çağırılması və İrəvana qayıtdıqdan sonra Azərbaycanla mühüm razılaşmanın olmadığına dair dediyi sözlər sülh prosesində Almaniyanın rolunu bir növ azaltmağa yönəlib.

Paşinyanın alman deputatları qəbul edərkən Kansler Olaf Şoltsun Ermənistan və Azərbaycan arasında sülh prosesinə verdiyi töhfədən söz açarkən Münxen görüşündən və son təşəbbüslərdən deyil, daha çox Qranada bəyanatından söz açması məhz Fransanın rolunu və Ermənistanın maraqlarını qabartmaq məqsədi daşıyır.

Onun ötən ilin payızında Almaniya Kansleri, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidentinin Ermənistanın Baş naziri ilə birlikdə Qranadada qəbul etdiyi birgə dördtərəfli bəyanatda əksini tapmış prinsiplərin əhəmiyyətini vurğulaması məhz bu mesajı özündə ehtiva edir.

Paşinyan Almaniyanın Qranadada Fransanın mövqeyindən çıxış etdiyi yanaşmanı son günlər Azərbaycanın da maraqlarının nəzərə alındığı balanslı siyasətdən üstün tutduğunu demək istəyir.

Müşfiq Abdulla
“Cebhe.info”
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ədalət Verdiyev həbs edildi

  • Dünən, 18:18
  • 14
  • 0

Əli Əsədov qərar imzaladı

  • Dünən, 12:37
  • 20
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 101
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 798
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter