• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Ramiz Mehdiyev islahatlara başlayır – Bu ştatlar ləğv edilir

  • 26.12.2019, 13:34,
  • Siyasət
  • Baxılıb: 213
Ramiz Mehdiyev islahatlara başlayır – Bu ştatlar ləğv edilir


AMEA prezidenti, akademik Ramiz Mehdiyev bu qurumda islahatların həyata keçirilməsi istiqamətində iş aparır. Bununla əlaqədar akademiyanın müxtəlif sahələrində bir sıra yeniliklərin tətbiqi nəzərdə tutulur.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında islahatlarla bağlı bəzi şişirdilmiş məlumatlar yayılır.

Vitse-prezident əlavə edib ki, AMEA-da kütləvi ixtisarların aparılması nəzərdə tutulmur: “Harada paralel qurumlar, artıq, şişirdilmiş ştatlar varsa, onların aradan qaldırılması nəzərdə tutulur. Akademiyada ixtisarların olacağı barədə ajiotaj yaratmağa dəyməz. Sadəcə olaraq, AMEA-da təkmilləşdirmə işləri aparılacaq”.

İ.Həbibbəyli əlavə edib ki, AMEA-nın dekabrın 28-də keçiriləcək ümumi yığıncağında elmi müəssisələrin birləşdirilməsi ilə bağlı heç bir məsələ müzakirə olunmayacaq: “Bu yığıncaq akademiyanın Rəyasət Heyətinin təşkilati strukturunda islahatların aparılması ilə bağlı problemləri həll edəcək. Bu yığıncaqda əslində yeni tipli Rəyasət Heyətinin formalaşdırılması və onun işinin stimullaşdırılması istiqamətində qərarlar qəbul ediləcək. Bu isə akademiyanın tarixində yeni bir mərhələnin başlaması deməkdir”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Dünən, 12:18
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter