• 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 
  • 09:00 – Entoni Blinken Prezident İlham Əliyevə zəng edib 
  • 09:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 09:25 – Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO 

Əliyev İrəvanın “ümid yerinə” müdaxilə etdi - GƏLİŞMƏ

  • 05.04.2024, 16:00,
  • Siyasət
  • Baxılıb: 16
Əliyev İrəvanın “ümid yerinə” müdaxilə etdi - GƏLİŞMƏ


Blinkendən sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də Əliyevə zəng etdi. Brüsseldə Paşinyanla görüşəcək hər iki tərəfin – Blinken və Leyenin öncə Əliyevlə danışması Bakının narahatlığının diqqətə alındığını göstərir. Bu, Fransadan fərqli olaraq, ABŞ və Avropa Birliyinin Ermənistana dəstək məsələsində də Azərbaycanın mövqeyini nəzərə alacağı gözləntisini yaradır, əks təqdirdə, görüş öncəsi Bakıya zəng etmək zərurəti hiss etməzdilər.

Beləliklə, Əliyev rəsmi İrəvanın ümid yeri kimi baxdığı prosesə müdaxilə etməyi bacardı və bu, Ermənistan-AB-ABŞ formatında atılacaq addımlara da yön verə bilər.

Birincisi, AB və ABŞ görüşün məqsədinin “iqtisadi xarakter” daşıdığını açıqlayıb və Ermənistan “iqtisadiyyatının şaxələndirilməsi, bu ölkəyə humanitar yardımların ayrılması”nın müzakirə ediləcəyi bildirilir: AB balansın qorunması naminə humanitar məqsədlər üçün Azərbaycana da yardımlar ayıra, yaxud Bakı bu məsələni qaldıra bilər; 2021-ci ildə AB-nin Ermənistana 2,6 milyard, Azərbaycana 150 milyon avroluq maliyyə paketi ayırması Bakının haqlı tənqidinə səbəb oldu, nəticədə 2022-ci ildə Brüssel Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırdı; analoji prosesin bu dəfə də baş verməsi, yaxud rəsmi Bakının bu istiqamətdə mövqe qoyması mümkündür;

İkincisi, “iqtisadi gündəm” daşıdığı deyilən Brüsseldə hərbi yardım məsələlərinin də müzakirə ediləcəyi istisna deyil, yaxud bu görüşün Qərb qüvvələrinin Ermənistanın “təhlükəsizliyi və müdafiəsi” aspektindən bölgədə mənzillənməsi zərurətinə “qapı açacağı” gözlənilir: Blinkenlə Leyenin zəngi və Əliyevin mövqeyi isə AB-ABŞ cütlüyünün bu məsələdə də daha ehtiyatlı davranacağı fikrini ön plana çıxarır; Bakı ilə münasibətləri nəzərə alan AB və ABŞ-ın arxa fonda dayanaraq, Ermənistanın silahlandırılması işini bunu həyata keçirən Fransa üzərindən sürətləndirəcəyi ssenarisi mümkün variantlardan biridir.

Müəllif: Asif Nərimanlı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 102
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 469
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter