• 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 
  • 09:00 – Entoni Blinken Prezident İlham Əliyevə zəng edib 
  • 09:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 09:25 – Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb - FOTO 

İranı kimlər qarışdırmaq istəyir? - Güney Azərbaycan passiv fazada...

  • 05.04.2024, 14:22,
  • Siyasət
  • Baxılıb: 14
İranı kimlər qarışdırmaq istəyir? - Güney Azərbaycan passiv fazada...


Tezliklə İranın daxilində ciddi toqquşmaların baş verməsinə şahidi ola bilərik.

Bu gün gecədən etibarən İranın Sistan və Bəlucistan bölgəsində eyni vaxtda iki hücum baş verib.

Silahlı hücumçular İranın iki təhlükəsizlik obyektinə, o cümlədən Çahbaharda iki polis məntəqələrinə basqın ediblər.

Eyni zamanda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Rask şəhərindəki qərargahına da hücum edilib.

Sistan və Bəlucistan əyaləti qubernatorunun təhlükəsizlik üzrə müavini Əlirza Mərhəmətinin sözlərinə görə, Rask və Çabahar şəhərlərindəki polis məntəqəsinə hücum nəticəsində ölənlərin sayı 8-ə yüksəlib, 10-dan çox polis əməkdaşı isə yaralanıb. Hücumun məsuliyyətini isə “Ceyş əl-Adl” silahlı qruplaşması üzərinə götürüb.

Maraqlıdır, İranın daxilində baş verən son hücum hansı mərkəz tərəfindən koordinasiya olunub? Belə hesab etmək olarmı, müəyyən qüvvələr həm daxili, həm də xarici hücumlar yolu ilə İranı diz çökdürməyə çalışırlar?

Məsələ ilə bağlı Orta Doğu Araşdırmaları mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, “Ceyş əl-Ədl” tərəfindən törədilən hücumlar münaqişəli prosesləri İranın daxilinə transformasiya etmək məqsədi daşıyır:

“Belə ki, Sistan və Bəlucistan əyaləti təhlükəsizlik cəhətdən İranın ən həssas bölgəsi hesab olunur. Son zamanlar bu bölgədə silahlı toqquşmalar artıb. “Ceyş əl-Ədl” silahlı birləşməsi həmin əyalətdə İran hərbçiləri, sərhədçiləri və polis işçilərinə qarşı hücumlar təşkil edir.

Bundan əvvəl İranın ən həssas əyaləti Kürdistan əyaləti olub. İraqın şimal ərazisində PKK-çılar, Kürdüstan Demokrat Partiyasına və onlara bağlı olan silahlı birləşmələr İran ərazisinə keçib İranlı hərbçilər ilə silahlı toqquşmaya girirdilər.

Tehran bu barədə dəfələrlə həm rəsmi Bağdada, həm də İraqın şimalında Kürdüstan Muxtariyyətinə xəbərdarlıq edib. İran hakimiyyətinin hər iki tərəfə son xəbərdarlığı bu olub ki, əgər İraq ərazisindən kürd silahlı birləşmələri İranın ərazisinə müdaxilə edərsə və onun təhlükəsizliyinə problem yaradarsa, Tehran İraqın şimal ərazilərinə raket zərbələri endirəcək.

Bundan sonra həm Bağdad, həm də Kürdüstan Muxtariyyəti kürd silahlı birləşmələrini ölkənin iç ərazilərinə çəkilməyə məcbur etdi. Hazırda İranın Kürdüstan əyalətində vəziyyət sabitdir. Heç bir hücum müşahidə olunmur. İndi isə Sistan və Bəlucistan əyalətdin “Ceyş əl-Ədl”-in hücumları başlayıb”.

Politoloqun sözlərinə görə, Sistan və Bəlucistan əyalətində təşkil olunan hücumlar İran hakimiyyətinin zəifləməsinə yönəlib.

“Bu hücumun əsas səbəbi Tehranın həmin əyalətdə bəluclara qarşı yürütdüyü siyasətindən irəli gəlir.

İranda bəluclar hakim təriqətdən deyillər. Bəluclar təkcə siyasi, iqtisadi və sosial məsələlərdə yox, həmçinin məzhəb məsələsində də təzyiqlərlə üzləşirlər. Bəlucistan ölkənin ən kasıb əyalətidir.

Bu bölgədə əhalinin sosial rifahı çox aşağıdır. Bu isə İran hakimiyyətinə qarşı mübarizənin formalaşmasına təkan verir”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 102
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 469
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter