Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
- 18.04.2024, 13:02,
- Siyasət
Baxılıb: 75
Facebook
Вконтакте
Одноклассники
Google+
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Anar Axundov iqtisadiyyat nazirinə yeni müavin təyin olunub.
Anar Axundovun dosyesini təqdim edirik:
Anar Axundov 1975-ci ildə anadan olub.
1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisasi üzrə bitirib.
Əmək fəaliyyətinə Bakı Banklararası Valyuta Birjasında başlayıb, həmçinin bir sıra kommersiya banklarında çalışıb. 1999-2004-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində baş mütəxəssis, şöbə rəisi və departament rəisi vəzifələrində işləyib. 2004-2006-cı illərdə Bakı Fond Birjasının Fond bazarının inkişafı departamentinin rəisi və İdarə Heyətinin sədri, 2006-2009-cu illərdə Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru olub.
2009-2014-cü illərdə “Bank Standart” QSC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib. 2014-2022-ci illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində idarə rəisi vəzifəsində çalışıb.
2022-ci ildə dövlət başçısının Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının üzvü təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini təyin olunub.
Ailəlidir, 2 övladı var.