• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?

  • 16.05.2024, 13:00,
  • Siyasət
  • Baxılıb: 34
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin deputatı Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri İan Borqu qəbul edərkən Minsk qrupunun ləğv edilməsi ilə bağlı konkret mövqe bildirdi. Sizcə, indiki halda bu lazımsız qurumu saxlamaq kimlərin marağına xidmət edir?

- Bütün bunlar sözsüz ki, ikili standartların bariz nümunəsidir. Müxtəlif bəhanələr gətirirlər ki, strukturu dəyişmək çətindir, problemlidir. Bunun üçün iclas çağırılmalı, qərar qəbul etməli olduqlarını iddia edirlər. Fakt isə odur ki, özlərinə lazım olanda bir gecənin içərisində bütün məsələləri həll edirlər. Ona görə də, Azərbaycan Prezidenti öz mövqeyini açıq və konkret olaraq bildirdi. Münaqişə bitib, artıq sülh planı Azərbaycan tərəfindən masaya qoyulub. Onlar isə indiyə qədər hər hansı bir hərəkət etmək bir yana qalsın, hətta 30 il bundan öncə yaradılmış və iflasa uğratmış, qeyri-obyektivliyini sübut etmiş, Azərbaycana qarşı işləyən qurumları saxlayırlar. ATƏT-in Minsk qrupu, Minsk qrupunun həmsədrlər institutu, xüsusi nümayəndə və s. bu kimi lazımsız qurum və vəzifələr qalmaqdadır. Havayı yerdən sadəcə olaraq məvacib alırlar.

- Heç bir hədəfi olmayan bir qurumu saxlamaqla nəyə ümid edirlər?

- Burada əsas amil “bəlkə qaytardılar" fəlsəfəsi ilə bağlıdır. Azərbaycana qarşı olan iddiaların reallaşmasına da “ümid”lərini üzmək istəmirlər. Bunu da gündəmdən çıxartmaq lazım deyil. Bunlar üzdə deyə bilmədikləri, ancaq ürəklərində saxladıqları məsələlərdir. Azərbaycan bütün bunlardan xəbərdardır.

- Hazırda bir çox beynəlxalq təşkilatlarda yaşanan böhran fonunda Minsk qrupunun saxlanılması ilə bağlı alt qatlarda olan yanaşmalar necədir?

- Beynəlxalq təşkilatların içərisində ciddi böhran yaşanır. Onlar kim tərəfindən, necə, hansı formada, istiqamətdə getdiklərini bilmirlər. Dünya necə dəyişir, problemlər necə həll olunur? Bunlardan xəbərsizdirlər. Ona görə də, lazımsız olan bir çox təşkilatları nəyəsə ümid edərək saxlayırlar. Hazırda onlar savadsız həkimlər kimi davranır. İndi onlar savadsız həkimin xəstəyə yazdığı əlaqəsiz dərmanlar “fəlsəfəsi” ilə yaşayırlar. Azərbaycan Prezidenti də haqlı olaraq ATƏT sədrinə bunları çatdırıb. Xarici İşlər Nazirliyi də eyni mövqeni təkrar edib. Biz də bunun tam şəkildə tərəfdarıyıq.

- Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün nəticələri ilə bağlı müsbət fikirlər səslənir. Sizcə, tərəflərin mövqeyinin yaxınlaşması kontekstində bu cür təmaslar nə dərəcədə effektiv ola bilər?

- Erməni tərəfi və ona havadarlıq edənlər nə qədər də çalışsa reallığı dəyişmək, inkar etmək mümkün deyil. Çünki bu reallıq getdikcə daha da möhkəmlənir. Dünya tərəfindən də qəbul olunur. Bunu nəinki ATƏT-də, Azərbaycana qarşı düşmən mövqeyində olan Fransanın içərisində görürük. Fransada Azərbaycanla bağlı ardıcıl olaraq verilən məqalələrdə də bu açıq görünür. Etiraf edilir ki, ikitərəfli əlaqələr yüksək qiymətə layiqdir. Sual olunur bəs indiyə kimi niyə müdaxilə edib, pozurdunuz? İddia edirdilər Fransa olmasa heç bir danışıq müqavilə ola bilməz? İndi isə vəziyyət tamam dəyişib. Çünki Azərbaycanın apardığı siyasətə qarşı çıxanlar özü-özünə problem yaradır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 43
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 43
  • 0

Bakıda COP zolaqları ləğv olunur

  • 23-11-2024, 09:57
  • 50
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 083
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 779
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter