Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
- 17.05.2024, 10:22,
- Siyasət
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Hesab edirik ki, delimitasiya prosesi uğurla keçdi.
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
“Delimitasiya prosesində sərhəd çəkilib, sərhədin bu tərəfi Ermənistanın, qarşı tərəfi isə Azərbaycan ərazisidir”, -Qriqoryan vurğulayıb.
Ərazilərə gəlincə Qriqoryan deyib ki, təbii olaraq bu vaxta qədər silahlı qüvvələr həmin ərazilərdə xidmət həyata keçirildiyi üçün bu mövqelərdəki icmaların öz torpaqlarına çıxışı yox idi: "İndi silahlı qüvvələr bu mövqeləri tərk edib ora sərhədçilər yerləşdiriləndən sonra həmin ərazilər gündəlik işlərini yerinə yetirmək üçün kənd sakinlərinin ixtiyarına veriləcək”.
Təhlükəsizlik Şurasının katibi sərhədlərin delimitasiyası prosesinin müvəffəqiyyətlə keçdiyini və 1976-cı il xəritələrindən istifadə edilərək digər bölgələrdə də həyata keçiriləcəyini bir daha qeyd edib.