Ermənistan gələcəkdə türk platosundan çıxa bilməyəcək - FAKT BUDUR!
- 23.05.2024, 16:00,
- Siyasət
Baxılıb: 94
Facebook
Вконтакте
Одноклассники
Google+
"Ermənistanda baş verən hadisələrə kənar qüvvələrin təsiri Nikol Paşinyanı flüger (küləyin istiqamətini təyin edən alət -red) rolunu oynamağa məcbur edir". Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib. Partiya təmsilçisi qeyd edib ki, Qərbdən və Rusiyadan yetərli dəstək ala bilməyən Paşinyan sonunda Azərbaycanın təkliflərinə razılaşmaq məcburiyyətində qalacaq: "Paşinyan dövlət başçısı İlham Əliyevin “Ermənistan demarkasiyaya razı olmazsa, o zaman biz sərhədləri istədiyimiz yerdən müəyyən edəcəyik" sözünün ciddiliyini anlamamış deyil.
Bu səbəbdən Paşinyan müxalifətin sözdə revanşist qüvvələrini ciddiyə almır. Kilsə hərəkatının da boşa çıxması göstərir ki, erməni cəmiyyəti vəziyyəti düzgün başa düşür. Revanşist qüvvələr kimi tanınan müxalifət isə əslində, hakimiyyətə yiyələnmək üçün Paşinyana təzyiq edirlər. Əminəm ki, hazırda hakimiyyətdə hansı qüvvə olsaydı daha çıxılmaz vəziyyətə düşərdi. İndiki şəraitdə Paşinyanın söz haqqı digərlərindən daha çoxdur".
Həmsöhbətimiz vurğulayıb ki, Zəngəzur dəhlizini əllərində bayraq edən erməni müxalifəti anlamır ki, Azərbaycan bu layihədən imtina edərək İrandan Naxçıvana yol açarsa, Ermənistan daha uzun müddət təcrid şəraitində yaşamağa məcbur olacaq: "Əslində, İrandan yol istəməyimiz və bu layihənin reallaşması böyük hədəfdir. Ən azından alternativ olaraq bu layihəyə önəm verilməlidir. Ermənistanın perspektivdə birmənalı olaraq türk platosunda qalacağı qaçılmazdır. Ermənistan əhalisi azalan, ətrafındakı türk respublikaları isə artan şkala üzrə inkişaf edir. Yaxın 30 ildə Ermənistan respublikasında türk əhalinin çoxalması müşahidə ediləcək. Zəifləmiş İrandan keçən koridor isə gələcəkdə bizim soydaşlarımızı müdafiə etməyə bir şans verəcək. Bu, tarixi şansdır".