• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Yeni müharibə riski: Noyabrdan sonra nə baş verəcək? - Kritik gəlişmə

  • 15.07.2024, 13:11,
  • Siyasət
  • Baxılıb: 61
Yeni müharibə riski: Noyabrdan sonra nə baş verəcək? - Kritik gəlişmə


"Bakı" politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycan-Ermənistan xarici işlər naziri arasında ABŞ-nin vasitəçiliyi ilə baş tutan görüşlə bağlı fərqli fikirlər səslənir. Sülh müstəvisində aparılan danışıqlara bu görüşün təsirini necə dəyərləndirirsiniz?

- Sözsüz ki, bu görüş heç də geri atılmış addım deyil. Hər halda bu kimi görüşlərin, dialoqların olması vacibdir. ABŞ dünyanın ən vacib, hegemon, fövqəl dövlətlərindən biridir. Ona görə də, ABŞ-Azərbaycan münasibətlərinə də bu görüşün nəticələri təsir etməkdədir. Hər halda baş tutmuş bu görüş bir daha göstərdi ki, Azərbaycan öz prinsipial mövqeyindən geri çəkilən deyil. Çünki bu görüşdən öncə Azərbaycana təzyiqlər var idi.

- Bu təzyiqlər nə ilə bağlı idi?

- Azərbaycanı şirnikləndirirdilər ki, Türkiyənin Ermənistanla sərhədləri və Zəngəzur dəhlizi açılacaq. Eyni zamanda hansısa digər vədlər verilirdi. Amma Azərbaycan sübut etdi və bir daha göstərdi ki, o, real addımların olmasına tərəfdardır.

- Bakının sülhlə bağlı dəyişməz mövqeyində qarşı tərəf qəbul etmək istəmədiyi elementlər hansılardır?

- Əgər bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansa, bunun indiki şəraitdə effektivliyi haqqında heç bir təminat yoxdur. Çünki hər bir dövlətin konstitusiyası və normativ hüquqi aktları var. Bu halda ölkənin əsas qanunları prinsip kimi götürülür. Bu halda Ermənistanda gələcəkdə dəyişəcək siyasi konyuktura Azərbaycanla məhz indiki şərtlər şərçivəsində imzalanacaq sülh müqaviləsini sual altına ala bilər. Ona görə də, hərtərəfli düşünüb, tələsmədən addımlar atmaq lazımdır.

- Sizcə, Qərbdən sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycana qarşı hansı təzyiqlər və təxribatlar ola bilər?

- ABŞ-də Demokratlar partiyasının hakimiyyətdəki ömrünə çox az qalıb. Ona görə də, onlar indiki halda uğur qazanmaq istəyirlər. Bunu da, öz tərəfdarlarına seçicilərinə nümayiş etdirmək niyyətləri var. Amma Azərbaycanın tələsmək fikri yoxdur. ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın gizlin şəkildə ermənilərin Qarabağ qayıdışı ilə bağlı məsələləri qaldırdığı da məlumdur. Eyni zamanda bu gün ABŞ konqresmenləri bəzən əsassız olaraq “etnik təmizləmə” ifadəsindən istifadə edir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da ABŞ-də keçirdiyi görüşlərin birində “etnik təmizləmə” ifadəsindən istifadə edib. Həmçinin guya ermənilərin Qarabağdan “zorla köçürülməsi” kimi ifadələr işlədilib. Ona görə də, qərbin Azərbaycana bu istiqamətdəki təzyiqləri də arta bilər. Hətta onların şantaja əl atması da mümkündür. İndiki halda bundan istifadə edirlərsə, gələcəkdə də bu halın olmayacağına təminat yoxdur.

- Xarici işlər nazirlərinin görüşünün nəticəsiz bitməsinə əsas səbəb nə idi?

- Amerikada baş tutan bu görüşün nəticəsiz bitməsinə səbəb Ermənistanın heç bir addım atmaması ilə bağlıdır. Bu addımın atılması ABŞ tərəfindən İrəvandan istənilməmişdi.

- Bakıda keçiriləcək COP29-a, yəni beynəlxalq tədbirə qədər sülh əldə edilməsə, yeni müharibə risklərindən danışılır. Belə bir təhlükə üçün nə kimi əsaslar var?

- Bu kimi zəminlərin hazırlanması bundan əvvəl də müşahidə edilirdi. Ötən il antiterror tədbirlərindən əvvəl də Azərbaycanla bağlı davamlı bu kimi informasiyalar yaymağa başlamışdılar. İndiki halda da həmin qüvvələr müəyyən istiqamətlərdə vəziyyətin gərginləşməsi üçün əllərindən gələni edirlər. Hələlik isə noyabr ayından sonra Azərbaycanla Ermənistan arasında nə baş verəcəyini demək tezdir. Çünki bu həm də ABŞ-də kimin hakimiyyətə gəlməsi, qonşu ölkələrin fəaliyyətindən asılı olacaq. Eyni zamanda Nikol Paşinyanın davranışlarından çox şey asılıdır. Paşinyan 2027-ci ildə Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı hökumətə göstəriş verib. Eyni zamanda Rusiya ilə münasibətlərdə son zamanlar o ehtiyyatlı davranmağa başlayıb. ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Cozef Bayden arasındakı debatdan sonra da Paşinyan bu qədər korrektəli davranır. Sözsüz ki, bütün bu proseslər bir-birindən qarşılıqlı olaraq asılıdır.

- Yeni müharibənin olmasını tətikləyən elementlər nədən ibarətdir?

- Əgər Azərbaycan torpaqlarına Ermənistan tərəfindən təhdid olarsa, Azərbaycan Ordusu adekvat addım atacaq. Amma qarşı tərəfin qələmə verdiyi kimi hər hansı planın olması haqqında düşünmək absurddur. Azərbaycan daim bütün qonşu ölkələrə hörmətlə yanaşıb. Bir reallıq da odur ki, Ermənistanda oturmuş Qarabağ separatçıları Samvel Şahramanyan özünü “prezident” adlandırır. Eyni zamanda keçirilmiş sorğuların nəticələrinə görə, ermənilərin 80 faizi referenduma, konstitusiya dəyişikliyinə qarşıdır. Sorğuya görə, onlar Qarabağın yenidən Ermənistana qaytarılmasını özlərinin vəzifəsi hesab edirlər. Sözsüz ki, revanşist, militarist bir düşüncələrin olması Azərbaycan üçün təhdiddir. Revanşist qüvvələr oyanıb Azərbaycanı təhdid edərsə, onlara qarşı ölkəmizin təhlükəsizlik məqsədilə tədbirlər görmək səlahiyyətləri var.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 22
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 062
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 751
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter