• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Qafqazla bağlı qorxunc planlar var - NƏ ETMƏLİ?

  • 16.07.2024, 08:58,
  • Siyasət
  • Baxılıb: 52
Qafqazla bağlı qorxunc planlar var - NƏ ETMƏLİ?


"Cənab Prezidentin ötən həftə Qazaxıstanın paytaxtında Şanxay Əməkdaşlıq Təşkilatının və Şuşada Türk Dövlətləri Təşkilatının zirvə toplantılarından sonra İslamabada səfər etməsi onun yorulmaz fəaliyyətinin yaxın onilliklərdə yeni qələbələrimizlə müşahidə olunacağından xəbər verir". Bunu Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib. Ekspert bildirib ki, Azərbaycan-Pakistan Avrasiyanın orta xəttində mühüm geosiyasi oxu formalaşdırmağa müvəffəq olublar:

"Türkiyə-Azərbaycan-Qazaxıstan-Özbəkistan-Pakistan hərbi-siyasi iqtisadi oxu, Azərbaycan-Çin geoiqtisadi kommunikasiya oxu formalaşmaqda olan yeni qlobal nizamda sülhə və sabitliyə, xalqların təhlükəsizliyinə töhfə verəcək münasibətlər sistemidir. Maraqlı məqam həm də ondan ibarətdir ki, bir həftə əvvəl Astanada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş olub. Görüşdə mühüm məsələlərlə bağlı qapılar arxasında müzakirə edilib. Mətbuata açıqlamada “üç qardaş” şüarı altında keçirilən hərbi təlimlərin əhəmiyyətinin vurğulanması, üç ölkənin Silahlı Qüvvələri tərəfindən birgə təlimlərin keçirilməsi təklifinin irəli sürülməsi, müdafiə sənayesi sahəsində birgə istehsalın təşkili məsələsi Avrasiyada qüdrətli hərbi koalisiyanın formalaşdığının göstəricisidir. Türkiyə, Azərbaycan və Pakistan dövlətlərinin demoqrafik göstəricilərini, hərbi-texniki imkanlarını nəzərə alsaq, doğrudan da, çox ciddi koalisiyanın formalaşdığının göstəricisidir".
Z.Məmmədova görə, həmin dialoqun ardından belə bir genişmiqyaslı səfərin baş tutması rəsmi Bakının regional və qlobal kontekstə böyük hədəflərinin olduğundan xəbər verir:
"Sözsuz, ilk növbədə söhbət hərbi-texniki təhlükəsizliklə bağlı, bəlkə də, bir çoxlarının təsəvvür etmədiyi hədəflərdən və razılaşmalardan da gedə bilər. Yaxın onilliklərdə regional və qlobal güclərin Qafqazla bağlı qorxunc planlarının olduğunu istisna etməsək, Pakistanın Azərbaycanla strateji müttəfiqliyinin həmin planları alt-üst etməyə qadir olduğunu deyə bilərik. Xarici siyasət tam olaraq intensiv şəkildə həyata keçirilir. Hər iki ölkə daim ərazi bütovlüyü məsələsində bir-birinə açıq şəkildə dəstək ifadə ediblər. Azərbaycan Pakistanın BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün qeyri-daimi üzvlüyünə namizədliyinə tam dəstək verib. Həmçinin Pakistan Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi status alması üçün müraciətini dəstəkləməkdədir. Etiraf etmək lazımdır ki, iki ölkə arasında ticarət dövriyyəsi real potensialdan dəfələrlə azdır. Hazırda 100 milyon ətrafında olan bu rəqəmlərin gələcəkdə 2 milyard dollara çatdırılması əsas hədəflərdən biridir. Lakin burada haşiyə çıxmaq istərdim. İqtisadiyyatda qarşılıqlı ticarətin elə də çox olmamasına baxmayaraq, siyasi münasibətlərin ən pik həddə olması müasir siyasətdə nadir nümunələrdən biridir. Azərbaycan-Pakistan qardaşlığında əsas dəyərin məhz səmimi, mənəvi dəyərlər olduğunun bariz göstəricisidir".
Ekspert diqqətə çatdırıb ki, İrana nüvə proqramına görə tətbiq edilən sanksiyalar səbəbindən İran-Türkmənistan-Əfqanıstan-Pakistan qaz kəməri layihəsi hazırda funksional vəziyyətdə deyil: "Pakistan neft və təbii qaza 37 milyard dollar təxmini vəsait xərcləyir. Yaxın gələcəkdə bu istiqamətdə ölkələrimiz qarşılıqlı şəkildə fəaliyyət istiqamətlərini genişləndirə bilərlər. Hazırda həm neft-qaz, həm də, günəş enerjisi ilə bağlı perspektivlər hökumətlər arasında təhlil edilməkdədir.
Kommunikasiya və nəqliyyat layihələri üzrə də əməkdaşlıq gücləndirilməkdədir. Bu gün tərəflər arasında "Tranzit Ticarət Sazişi" ilə bağlı memorandum imzalanıb. Sazişin digər aspektləri ilə yanaşı diqqəti çəkən məqamlarından biri, onun bəzi məhsullara tərəfdaş rejim təmin etməsində olacaq. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı xarici siyasət milli maraqlarımızın reallaşması, ölkəmizə olan təhdidlərdən qorunmaq üçün maksimum dividendlərin əldə edilməsinə yönəlib. Məhz Prezident İlham Əliyev coğrafi cəhətdən kiçik Azərbaycanın qlobal güclərlə münasibətlərdə bərabər, qarşılıqlı əməkdaşlığa əsaslanan beynəlxalq aktor olduğunu sübut edə bilib. Bu gün Azərbaycan hər kəs üçün önəmli tərəfdaşdır. Azərbaycan lideri hər kəsin hörmət bəslədiyi nadir liderlərdəndir".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 22
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 062
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 751
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter