• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Danışıqlardan qaçan Paşinyan, Kəlbəcərdə törədilən TƏXİBAT... – Ermənistan sülh qapısını BAĞLAYIR?

  • 23.07.2024, 14:22,
  • Siyasət
  • Baxılıb: 52
Danışıqlardan qaçan Paşinyan, Kəlbəcərdə törədilən TƏXİBAT... – Ermənistan sülh qapısını BAĞLAYIR?


Məlum olduğu kimi, Ermənistan Baş naziri Nikol Paşinyan iyulun 19-da Britaniyada Azərbaycan Prezidenti İlham Əiyevlə ilə görüşdən imtina edib. Bundan cəmi bir gün sonra isə sərhəddə növbəti təxribat baş verdi.

Belə ki, Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 20-si saat 22:10 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Görünən odur ki, Ermənistan rəhbərliyi nə qədər sülhdən dəm vursa da, əsl niyyət başqadır. Sülh danışıqlarının irəlilədiyi bir vaxtda İrəvanın bu cür mövqe sərgiləməsi müəyyən suallar doğurur.

Regionda sülh qapısı yenidən bağlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov bildirib ki, Qərb İrəvana ciddi şəkildə təzyiq göstərməsə, sülh qapısı bağlı olaraq qalacaq:

“Azərbaycan tərəfi 2021-ci ilin martından baza prinsiplərini təqdim etdiyi andan Ermənistan sülh qapısının açılmaması üçün əlindən gələni edir. Müxtəlif bəhanələrlə prosesi uzatmağa çalışır. İrəvan gah bu işlə Minsk qrupunun məşğul olmasını, gah Qarabağın statusu, gah da ermənilərin təhlükəsizliyi məsələsini gündəmə gətirmək, sonda da Qranada prinsipləri deyilən 3 prinsipi ortaya atmaqla Almatı danışıqlarını pozdu.

Üstəlik, Ermənistan konstitusiyasında da dəyişiklik etməlidir. Londondakı görüşdən imtina isə Ermənistan rəhbərliyinin mahiyyətini ortaya qoydu. Ortada vasitəçi var və o görüş təklifilə çıxış edir, amma ermənilər görüşdən imtina edir. Dərhal da deyirlər ki, görüşdən guya Azərbaycan imtina edib”.

Həmsöhbətimizə görə, görüş olsaydı belə sülh sazişinin imzalanma ehtimalı çox aşağıdır:

“Çünki Ermənistan nə Qranada prinsiplərindən imtina edir, nə də konstitusiyalarında dəyişiklik etmək istəmir. Bəhanə də budur ki, onun üçün referendum lazımdır. Referendumda da ermənilər preambulanın dəyişdirilməsinə etiraz edə bilər. Halbuki Ermənistan konstitusiyası hansı fəsillərin referendumda dəyişdirilməli olduğunu dəqiq göstərir. Orada preambula yoxdur.

Preambulada dəyişiklik parlamentdə edilə bilər ki, bunun üçün də üçdə iki səs çoxluğu lazımdır. Hakim partiyada da 71 deputatla üçdə iki səs çoxluğuna sahibdir.

Yəni istəsələr konstitusiyanın preambulasını da dəyişdirə, həmin 3 prinsipdən də imtina edə bilərlər. Ancaq niyyətlərindən əl çəkmək istəmirlər. Bilirlər ki, Azərbaycan onları qəbul etməyəcək. Nə qədər ki, Qərb ciddi şəkildə İrəvana təzyiq göstərmir sülh qapısı bağlı olaraq qalacaq. Prosesin sürətlənməsini istəyirlərsə, Azərbaycanın haqlı tələblərinə əməl etməlidirlər”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 21
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 060
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 750
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter