• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Cənubi Qafqazda sülhü ertələyənlər, silahları işə salır - NƏ BAŞ VERİR?

  • 24.07.2024, 13:00,
  • Siyasət
  • Baxılıb: 51
Cənubi Qafqazda sülhü ertələyənlər, silahları işə salır - NƏ BAŞ VERİR?


Avropa Siyasi İcmasına ev sahibliyi etmiş Böyük Britaniya tərəfindən Azərbaycan və Ermənistan rəsmiləri arasında görüş keçirilməsi təklif edilsə də, görüş baş tutmadı. Azərbaycan və Ermənistan tərəfləri görüşün baş tutumasına görə, bir-birini ittiham edib. Azərbaycan Prezidenti İlham Əliyev "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında Britaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə danışıb. Sülh sazişinin mətni üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan Azərbaycan prezidenti baş nazir Paşinyanın onunla Britaniyada görşüməkdən imtina etdiyini və buna çox təəccübləndiyini bildirib.

Onu da qeyd etmək yerinə düşər ki, bütün bu gərginliklər sərhəddə də özünü büruzə verib. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 20-si saat 22:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Sputnik Azərbaycan Böyük Britaniyada görüşün baş tutmamasının ehtimal edilən səbəbləri və atəşkəsin pozulmasının bu proseslərlə əlaqəsi ilə bağlı ekspertlərin fikirlərini öyrənib.
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Arzu Nağıyev deyib ki, bir neçə gün öncə cənab prezident "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılışında önəmli məsələlərə toxundu:
"Bunlardan birincisi, həm Ermənistan, həm Azərbaycanın birgə müraciəti əsasında ATƏT Minsk Qrupunun ləğv edilməsi, digəri isə Ermənistan konstitusiyasına dəyişiklik edilməsi idi. Bildiyiniz kimi, 30 ilə yaxın bir müddətdə ATƏT Minsk qrupu yaranma məqsədinə uyğun heç bir fəaliyyət göstərməyib. Bu müddət ərzində təşkilat gündəliyində olan tapşırıqları doğru yerinə yetirməmişdi. Azərbaycanın işğal altında olan torpaqlarını öz gücü ilə azad etməsi sözügedən təşkilatın heç bir işə yaramadığını düşünməyə əsas verir. Əlavə olaraq qeyd edim ki, bu təşkilatın tərkibinə daxil olan dövlətlər Ermənistanın dəstəkçiləridir. Ona görə də bu məsələdə heç bir şəffaflıqdan söz gedə bilməz. Zaman özü də bunu sübut etdi".

Millət vəkili bildirib ki, ikinci məsələ isə Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının olmasıdır:
"Belə ki, burda olan bəzi müstəqillik haqda müddəalar Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddir. Əlbətdəki, sülh bağlamaq istədiyiniz ölkəyə qarşı konstitusiyanızda ərazi iddiasının olması absurd məsələdir. Ona görə də bu məsələnin həlli sülhə gedən yolda önəmli addımlardan biri ola bilər. Ermənistan baş naziri Nikol Paşinyanın İlham Əliyevlə bir araya gəlməkdən imtina etməsinin kökündə də bu məsələ durduğunu düşünürəm. Ancaq rəsmi İravan başa düşməlidir ki, bu məsələ həll olmamış heç bir sülhdən söz gedə bilməz. Prosesin reallaşması üçün Ermənistan hakimiyyəti erməni cəmiyyətinə ideoloji təsir etməlidir".

"Biz dövlət olaraq hər zaman sülhün tərəfdarıyıq və hesab edirəm ki, Cənubi Qafqazda sülhü bərqərar etmək üçün heç bir dövlətin vasitəçiliyinə ehtiyacımız yoxdur. Ermənistan tərəfi sülh prosesini uzatmaq, bölgədə gərginliyi artırmaq üçün sərhəd təxribatlarına əl atır. Amma bugünkü reallıqlar sülh prosesinin başa çatdırılmasını tələb edir. Ermənistan tərəfi anlamalıdır ki, onların xarici havadarlardan aldığı dəstək nə öz ölkələrinin gələcəyinə, nə də bölgədə daimi sülh və sabitliyin bərqərar olmasına kömək edəcək. Regionun inkişafını region ölkələrinin tərəfdaşlığı, Azərbaycan və Ermənistan arasındakı sülhü isə vasitəçisiz danışıqlar təmin edə bilər", - millət vəkili fikirlərini yekunlaşdırıb.
Politoloq Tofiq Abbasovun sözlərinə görə, faktiki olaraq Ermənistan sabotajla məşğuldur:
"Ermənistan tərəfi bəhanələr axtarır ki, proseslərdən yayınsın, özü üçn əlverişli vəziyyət formalaşdırsın. Heç kimə sir deyil ki, bu işdə Nikol Paşinyan hakimiyyətinin əsas istinad yeri Fransa rəhbərliyidir. Onlar çalışırlar ki, birgə səylərlə Azərbaycanın sülh gündəliyini şübhə altına alsınlar, bizi günahlandırsınlar, guya Ermənistan sülhə sadiqlik göstərir və Azərbaycan ona mane olur".
Politoloq qeyd edir ki, əsas məqamlarda Ermənistan həmişə geriyə çəkilir:
"Yəni, biz faktiki olaraq şahidik ki, bütün dünyada lidelrə bir araya gələndə ən azından ayaqüstü söhbət etməyə çalışırlar, fikir mübadiləsi aparırlar və məqsədə yolu asanlaşdırsınlar. Ermənistan isə tam tərsinə hərəkət edir. Nədənsə Ermənistana elə gəlir ki, Azərbaycan üçtərəfli görüşün tərəfdarıdır. Halbuki Azərbaycan ikitərəfli görüşün təşəbbüskarıdır. Ermənistan addımları ilə özü-özünü təkzib edir. Ermənistan çalışır ki, prosesdən yayınsın. Tələsən Ermənistan olmalıdır, çünki bu ölkə xarici ölkələrin yedəyində gedərək zaman və mövqe itirir".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 21
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 060
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 750
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter