• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Tehrandan birbaşa Bakıya səfər: Şoyqunun qovluğunda nə vardı? - AKTUAL

  • 08.08.2024, 14:22,
  • Siyasət
  • Baxılıb: 120
Tehrandan birbaşa Bakıya səfər: Şoyqunun qovluğunda nə vardı? - AKTUAL


Ötən gün Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Azərbaycana səfər edib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı rəsmini qəbul edib və Şoyqunun səfərinin ikitərəfli münasibətlərin gündəliyi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında regionda gedən proseslərlə bağlı mütəmadi təmasların əhəmiyyətini qeyd edib.

İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini bildirən Azərbaycan Prezidenti bunun ən yüksək və digər səviyyələrdə təmaslarda, eyni zamanda, ölkələrimiz arasında imzalanmış sənədlərin və yol xəritələrinin həyata keçirilməsi, təhlükəsizlik, nəqliyyat, energetika, hərbi-texniki, humanitar sahələrdə əməkdaşlıqda özünü nümayiş etdirdiyini vurğulayıb. Prezident İlham Əliyev bu məsələlərlə bağlı mütəmadi olaraq Prezident Vladimir Putin ilə müzakirələrin aparıldığını bildirib.

Hökumətlərarası komissiyanın fəal işlədiyini deyən dövlət başçısı bu yaxınlarda Bakıda bu komissiyanın iclasının keçiriləcəyini vurğulayıb. Prezident Əliyev ölkələrimizin digər qurumları arasında da fəal təmasların olduğunu qeyd edib.

Dövlət başçısı iki ölkənin siyasi rəhbərliyi arasında qəbul olunmuş qərarların, məhz “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamənin müddəalarının uğurla həyata keçirilməsini məmnunluqla qeyd edib.

Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu dövlətlər üçün də bir nümunə olduğunu deyən Prezident bunu Cənubi Qafqazda və daha geniş məkanda mühüm təhlükəsizlik faktoru kimi dəyərləndirib.

Rusiya Təhlükəsizlik Şurasının katibi isə ölkələr arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini sdöyləyib. O, ikitərəfli əməkdaşlığın gündəliyində çox mühüm məsələlərin durduğunu və onların uğurla həll edildiyini deyib. Bu xüsusda Şimal-Cənub dəhlizinin həyata keçirilməsini bunun nümunəsi kimi dəyərləndirib və bununla bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü qeyd edib.

Şoyqu ölkəsinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib. Görüşdə “3+3” formatında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Şoyqu Azərbaycana səfərdən əvvəl İranda səfərdə olub və görüşlər keçirib. Rusiya rəsmisinin Tehrandan birbaşa Bakıya uçuşu və aparılan müzakirələrlə bağlı AYNA-ya danışan hərbi-siyasi ekspert Ədalət Verdiyev deyib ki, Şoyqunun əvvəlcə İrana, sonra Azərbaycana səfər etməsi qeyri-adi səfər deyil:

- Sadəcə hazırda İsrail ilə İran arasında yaranan gərginlik kifayət qədər narahatlıq yaradır. Bu proseslərlə iki müttəfiq ölkənin müzakirələr aparması normaldır. Daha əvvəl Azərbaycanla Rusiya arasında imzalanan sənədlərdə qəbul edilən fəaliyyətlərin həyata keçirilməsinin, təhlükəsizlik, nəqliyyat, energetika mövzularının, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın müzakirəsi təbiidir. Bu müzakirələr hər iki tərəfin maraqlarına cavab verir.

Digər tərəfdən, Azərbaycanla Rusiya arasında birgə komissiyaların iclasının keçirilməsi gözlənilir. Eyni zamanda, Azərbaycan “3+3” formatında Türkiyə, Rusiya və İranın iştirakı ilə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıqda maraqlıdır. Bununla bölgəyə kənar qüvvələri regiondan kənarda saxlamaqla həm nəqliyyat sahəsində, həm təhlükəsizlik sahəsində müzakirələrin olması müsbətdir.

- Sizcə, rəsmi açıqlamada deyilməyən daha hansı məsələlər müzakirə edilib?

- Müzakirə olunan məsələlərin gündəmi bəllidir. Sadalananlardan başqa məsələlərin Şoyqunun səfəri zamanı müzakirə olunduğunu düşünmürəm. Amma ola bilər ki, dəhlizlər, kommunikasiyalar, təhlükəsizlik məsələləri daha geniş formatda nəzərdən keçirilib. Çünki bunlar Şoyqunun tutduğu vəzifə ilə birbaşa əlaqəlidir. İstənilən halda, Azərbaycanla Rusiya arasında sıx əlaqələr, müttəfiqlik və mehriban qonşuluq əlaqələri mövcuddur. Bu əlaqələr kifayət qədər yüksək səviyyədədir. Ona görə də, Şoyqunun Bakıya gəlişi, müzakirələr Azərbaycanın da maraqlarına uyğundur.

- Şoyqu bildirdi ki, Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıdır. Bu bəyanatında nə qədər səmimidir?

- Rusiya tərəfi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında dəstəklədiyini bildirirsə, burada qeyri-səmimilik yoxdur. İkinci Qarabağ müharibəsinin başa çatması, Ermənistan hərbçilərinin Qarabağdan çıxarılması, Laçın, Kəlbəcər və Ağdamın Azərbaycana qaytarılmasına dair Üçtərəfli Birgə Bəyanatın tərəflərindən biri məhz Rusiyadır. Bundan sonra da Moskva liderlər sülh danışıqları ilə bağlı bir neçə görüş keçirib, vasitəçilik edib. Rusiya burada səmimidir yoxsa yox, bu, başqa mövzudur. Söhbət burada hər iki ölkənin maraqlarına cavab verən normallaşmadan gedir. Azərbaycan özü də Ermənistanla münasibətlərin normallaşmasında, sülh sazişinin imzalanmasında maraqlıdır. Nəzərə almaq lazımdır ki, sülh sazişi ilə bağlı ilk təklifi də Azərbaycan edib. Ona görə də, Şoyqunun səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatını yüksək dəyərləndirmək olar.

Eyni zamanda, regionda belə qarışıqlıq olduğu bir dövrdə iki qonşu ölkə, iki müttəfiq ölkə təhlükəsizlik, hərbi-texniki və digər məsələləri müzakirə edirlərsə, demək ki, hər iki tərəf bu məsələlərə töhfələrini verməyə hazırdırlar. O zaman proseslər əks istiqamətdə inkişaf edərdi ki, belə görüşlər, müzakirələr baş tutmazdı, hansısa diplomatik gərginliklər yaşanardı. Əksinə, illərdir ki, Azərbaycan Rusiya ilə münasibətlərini inkişaf etdirir. Digəır tərəfdən, Azərbaycanın silahlanmasında Rusiya istehsalı olan silahlar, komplekslər mövcuddur. Bu isə onu deməyə əsas verir ki, Rusiya hələ də Azərbaycana silah tədarükçülərindən biridir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 037
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 727
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter