• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

ABŞ-nin Zəngəzur planı: İran nədən narahat olmağa başlayıb? - GƏLİŞMƏ

  • 21.08.2024, 16:00,
  • Siyasət
  • Baxılıb: 59
ABŞ-nin Zəngəzur planı: İran nədən narahat olmağa başlayıb? - GƏLİŞMƏ


“İran ABŞ-nin Ermənistandakı mövcudluğuna müsbət yanaşmır”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani belə deyib.

Onun sözlərinə görə, İranla Ermənistan arasında münasibətlər kifayət qədər konstruktiv və yaxındır.

“Lakin biz ABŞ-nin regionda mövcudluğunu bəyənmirik. Biz bununla bağlı narahatlığımızı erməni həmkarlarımıza bildirdik”, - deyə o qeyd edib.

Qeyd edək ki, İran rəsmiləri ABŞ-nin Ermənistanda artan hərbi fəallığından narahatlığını həm ikitərəfli səviyyədə aparılan danışıqlarda, həm də müxtəlif bəyanat və açıqlamalar zamanı İrəvanın diqqətinə çatdırıb.

İran regionun problemləri ilə bu bölgədən kənar dövlətlərin məşğul olmasına qarşı çıxır. Yəni İran ABŞ başda olmaqla NATO ölkələrinin regionda hərbi təsirinin artmasını öz təhlükəsizliyi üçün təhdid hesab edir. Lakin Ermənistanın Qərblə artan hərbi və siyasi yaxınlaşması Nikol Paşinyan hakimiyyətinin Tehranın xəbərdarlığına ciddi əhəmiyyət vermədiyini göstərir.

Ona görə də Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərb təhlükəsizlik sisteminə daxil olmaq siyasəti perspektivdə İranla münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Çox güman ki, Tehrandan gələn etiraz bəyanatları xüsusilə də ABŞ-ın son vaxtlar Zəngəzurda müşahidə olunan hərbi iştirakının əsas hədəfinin İran olması barədə məlumatlarla bağlıdır.

Nasir Kənaninin ABŞ-ın Ermənistandakı mövcudluğuna müsbət yanaşmaması barədə açıqlaması məhz Vaşinqtonla yanaşı, İrəvana da ünvanlanmış növbəti xəbərdarlıq mesajıdır. İranın Qafan şəhərindəki baş konsulu Mürtəza Abedin Vəraminin avqustun 15-də Ermənistan mətbuatına verdiyi müsahibədə

“Bu dövlətlər Ermənistanda olmamalıdır” - deməsi həmçinin, Tehranla İrəvan arasında fikir ayrılığının artmasından xəbər verir.

İsraillə müharibənin baş verəcəyi təqdirdə, İranın Cənubi Qafqaza diqqətinin azalması barədə suala cavab verən diplomat bunu qeyri-mümkün hesab edib:

“Üstəlik, elə ölkələr var ki, bu regiondan minlərlə kilometr aralıda yerləşsələr də, yerli proseslərə müdaxilə edərək Ermənistanı strateji qarşıdurma zonasına çevirməyə çalışırlar. Bu ölkələr və bu insanlar burada olmamalıdır. Xameneyi düşmənlərin olduğunu deyəndə bunu da nəzərdə tuturdu”.

Mürtəza Abedin Vəramin minlərlə kilometr aralıda yerləşən ölkələr dedikdə şübhə yoxdur ki, ABŞ-ı və Avropa İttifaqına daxil olan NATO ölkələrini nəzərdə tutur.

Onun Xameneyiyə istinad etməsi isə bu məsələnin İranın təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb etdiyini və ya “qırmızı xətt”i olduğunu xatırlatmaq məqsədi daşıyır.

Konsulun Qərbin Zəngəzura marağının artması barədə dedikləri isə xüsusi mahiyyət kəsb edir.

““Sünik” (Zəngəzur) bizim üçün vacibdir. Çünki Ermənistanın bu bölgəsi İranla həmsərhəddir və bizim Ermənistanla çoxəsrlik əlaqələrimiz var. Sizə də sual oluna bilər - onlar niyə bura gəlirlər, buradakı işlərə qarışırlar, “Sünik”də möhkəmlənməyə çalışırlar. Bu suala mütləq cavab almalısınız”.

Abedin Vəramin dolayısı ilə Zəngəzurun İranla əlaqələr baxımından, Ermənistan üçün nəfəslik rolunu oynadığına eyham vurur. Yəni 30 ildən artıq bir müddətdə İranın dəstəyi olmadan Ermənistan bir dövlət kimi mövcud ola bilməzdi.

Ona görə də Ermənistan hakimiyyəti ABŞ və digər Qərb dövlətlərinin hərbçilərini Zəngəzura dəvət edərək İranın maraqlarına qarşı çıxmaqla ikitərəfli münasibətlərə zərbə vurur.

Ancaq Ermənistanla İran arasında çoxəsrlik əlaqələrdən söz açan konsul ciddi səhvə yol verib. Çünki müstəqil Ermənistan dövləti yalnız 33 ildir mövcuddur. Hazırkı İran dövləti isə 1925-ci ildə yaradılıb. Yəni heç bir əsr də deyil.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bakıda sabiq rəis həbs edildi

  • Dünən, 12:49
  • 26
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 130
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 830
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter