• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Paşinyanın yalan manifesti: iddialar və faktlar

  • 01.09.2024, 10:50,
  • Siyasət
  • Baxılıb: 81
Paşinyanın yalan manifesti: iddialar və faktlar


Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Azərbaycana qarşı əsassız iddialar irəli sürdü. Özünü sülh tərəfdarı kimi göstərən erməni baş nazir əslində həqiqətləri – Ermənistanın silahlanmasını, Azərbaycana qarşı konstitusiyaya əsaslanan ərazi iddialarını və s. – yalan manifesti ilə ört-basdır etməyə, diqqəti reallıqdan yayındırmağa çalışır. Hərçənd, fakt faktlığında qalır. Paşinyanın irəli sürdüyü iddiaların heç biri reallıqla uzlaşmır.

Azərbaycan İtaliyadan silah alıb?

Erməni baş nazir iddia edir ki, Azərbaycan guya İtaliyadan silah-sursat alır, buna görə onların hansısa ölkədən silah alması normaldır.

Birincisi, Azərbaycan İtaliyadan kiçik, yaxud iriçaplı olan hər-hansı silah almayıb. Bakının Romadan aldığı C-27J Spartan təyyarəsi nəqliyyat xarakterlidir və yalnız yük-sərnişin daşınması əməliyyatını yerinə yetirə bilər.

İkincisi, Ermənistanın silah aldığı ölkələrin ABŞ, Fransa və Hindistanın da daxil olduğu siyahısı hər keçən gün daha da uzanır.

Təkcə son həftələrdə İrəvana yüzlərlə silah-sursat çatdırılıb. Fransa 12 ədəd SEZAR artilleriya qurğusunu, onların komponentləri, həmçinin Ermənistan R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri, 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və ABŞ-ın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə də təmin edilib. Buna paralel olaraq, Hindistandan da Ermənistana silahlar çatdırılıb. Bunlar son həftələrdə baş verənlərdir. Son iki ildə ABŞ-Almaniya-Fransa-Yunanıstan-İran-Hinistan marşrutu üzrə İrəvana dəyəri milyardlarla ölçülən ağır və hücum xarakterli hərbi texnika daşınıb.

Hansı ölkə silaha daha çox pul xərcləyir?

Paşinyan iddia edir ki, Azərbaycan ÜDM-nin 17 faizini hərbi məqsədlərə xərcləyir. Azərbaycanda bu rəqəm 4 faizdir. Erməni baş nazirin iddia etdiyi 17 faiz rəqəmi isə əslində Ermənistana aiddir. Çünki bu ölkə 2024-cü il dövlət büdcəsinin 17 faizini hərbi məqsədlərə ayırıb və bu, 2020-ci illə müqayisədə 81 faiz çoxdur. Nikol öz hərbi xərclərini Azərbaycanın hərbi xərcləri olaraq göstərməyə çalışır, lakin fakt dəyişmir.

Ermənistan niyə silahlanmamalıdır?

Paşinyan sürətlə silahlanmalarını Azərbaycanla müqayisə ilə əsaslandırmağa çalışır. İddia edir ki, Azərbaycan silahlandığı halda Ermənistan da bunu etməlidir. Dünya təcrübəsi Azərbaycan və Ermənistan arasında fərqi qoyulması zərurətini yaradır.

Birincisi, Ermənistan işğalçı ölkədir və 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan bu ölkənin silahlandırılması işğalçılığa yenidən təşviq edilməsi deməkdir;
İkincisi, II Dünya müharibəsindən sonra başqa bir ölkənin ərazisinə təcavüz edən çox az saylı dövlətlərdən biri Ermənistandır və bu fakt rəsmi İrəvanın silahlandırılmasının risklərini aydın şəkildə göstərir;
Üçüncüsü, son aylarda Ermənistanın sərhəddə təxribat hücumlarına əl atması bu ölkənin silahlandırılmasının bölgədə yarada biləcəyi təhlükələri aydın şəkildə göstərir;
Dördüncüsü, dünyada işğalçı siyasət yürüdən dövlətlərin silahlanmasına məhdudiyyətlərin qoyulması presedenti var: misal üçün, İraqın Küveytə təcavüzündən sonra bu ölkəyə silah məhdudiyyəti tətbiq edilmişdi.

Ermənistan üzərində də nəzarət mexanizmi qurulmalı, silahlanmasına məhdudiyyətlər qoyulmalıdır. Çünki bu ölkənin hərbi potensialından təcavüzkar siyasət üçün istifadə etdiyi faktı var. Bunu nəzərə almayan və İrəvana silah daşıyan ölkələr də bu məsələdə birbaşa məsuliyyət daşıyıcısıdır.

Hansı ölkənin konstitusiyasında ərazi iddiaları var?

Paşinyan iddia edir ki, “Ermənistan konstitusiyasından fərqli olaraq, Azərbaycan konstitusiyasında onlara qarşı ərazi iddiaları yer alır”. Bu, erməni baş nazirin yalan manifestinin kulminasiya nöqtəsi hesab edilə bilər. O, iddiasını 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktında Azərbaycanın 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin siyasi varisi olaraq qeyd edilməsi ilə əsaslandırmağa çalışır. Hərçənd, Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur. Eyni zamanda, AXC-yə varislik məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur.

Ermənistan Konstitusiyasında isə Azərbaycana qarşı açıq mətnlə ərazi iddiası yer alır. Qeyd olunur ki, Qarabağın Ermənistana birləşdirilməsini nəzərdə tutan qondarma “miatsumun” yer aldığı İstiqlal Bəyannamənin müddəalarını yerinə yetirilməsi Ermənistan dövlətinin vəzifəsidir. Aydındır ki, Paşinyan Konstitusiyanı dəyişdirmədən sülh sazişi imzalamağa çalışır, lakin belə bir sazişin perspektivi sual altındadır. Çünki bir müddət sonra Ermənistan hakimiyyəti konstitusiyanın tələbini əsas götürərək, Qarabağa iddialarını yenidən gündəmə gətirə bilər.

Minsk qrupu niyə ləğv edilmir?

Qarabağ münaqişəsinə görə yaranmış Minsk qrupunun mövcudluğuna münaqişə həll edildikdən sonra de-fakto son qoyuldu. İndi bunun de-yure ləğvi həyata keçirilməsidir. Prezident İlham Əliyev dəfələrlə bunu dilə gətirib. Sonuncu dəfə Türkiyə nümayəndə heyətini qəbul edərkən də, bir daha səsləndirdi. Paşinyan isə deyir ki, bu qrupun ləğv edilməsinə sülh sazişinin imzalanmasından sonra baxa bilərlər. Əslində bu, Ermənistanın gerçək niyyətini ortaya çıxarır. Rəsmi İrəvan hələ də ümid edir ki, regionda onların xeyrinə dəyişə bilər. Buna görə də Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək üçün Minsk qrupunun de-yure qalmasında maraqlıdır.

Kommunikasiya hansı prinsiplə açılmalıdır?

Paşinyan bütün çıxışlarında olduğu kimi, yenə Zəngəzur məsələsi ilə bağlı öz ampulasını davam etdirir. İstəyir ki, regionda kommunikasiya Ermənistanın maraqlarına uyğun açılsın, yəni heç nə vermədən, qazansınlar. Regionda kommunikasiyanın açılması yalnız bir halda mümkün ola bilər: Azərbaycanın Naxçıvana maneəsiz keçidinin təmin edilməsi;

Və bu maneəsiz keçidin təhlükəsizliyinin təmin edilməsi bir nömrəli məsələdir. Çünki Azərbaycan öz vətəndaşlarını Ermənistana “əmanət edə bilməz”. 30 il ərzində həyata keçirdikləri işğaı siyasəti və azərbaycanlılara qarşı törətdikləri soyqırımlar Ermənistanın necə davranacağını öncədən müəyyən edir. Buna görə də kommunikasiyanın bərpası yalnız Zəngəzur dəhlizinin – Naxçıvana menəsiz keçidin verilməsi və bu keçiddə təhlükəsizliyin təmin edilməsi – açılması ilə mümkündür. Əvvəlcə bu dəhliz açılmalı, daha sonra digər yollar işə düşməlidir. Əks təqdirdə, Ermənistan “dalan ölkə” olaraq qalacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 046
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 736
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter