• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Makronun AZƏRBAYCAN SANCISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...

  • 18.09.2024, 14:22,
  • Siyasət
  • Baxılıb: 60
Makronun AZƏRBAYCAN SANCISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...


Fransa xarici işlər naziri Stefan Sejurn Ermənistana səfər edib. Sejurn həmkarı Arorat Mirzoyanla, Baş nazir Nikol Paşinyanla görüşüb. Fransalı nazir Ermənistanı Rusiyanın təzyiqindən qoruyacaqlarına söz verib. Xüsusi olaraq qeyd edib ki, Fransada siyasi qüvvələr arasında razılaşmanın olduğu mövzular azdır: "Fransa həmişə sizinlə yaxındır. Fransada siyasi qüvvələr arasında razılaşmanın olduğu mövzular azdır. Ermənistan azsaylı belə mövzulardan biridir". "Pis niyyətimiz yoxdur" deyən Fransa təmsilçisi Ermənistanı silahlandıracaqlarını, hərbi əməkdaşlığı davam etdirəcəklərini deyib: "Ermənistan öz ərazisini, bütövlüyünü və əhalisini qorumağı bacarmalıdır. İki ölkənin müdafiə sahəsində əməkdaşlığı regionda vəziyyəti gərginləşdirməyə yönəlməyib, heç kimin belə niyyəti yoxdur". Xatırladaq ki, İrəvan və Paris iyun ayında hərbi-texniki təchizatla bağlı bir neçə saziş imzalayıb. Müvafiq olaraq, Fransa Ermənistana SEZAR haubitsaları, radarlar, zirehli texnikalar və zenit-raket kompleksləri verəcək. Haubitsalar və texnikaların bir hissəsinin artıq çatdırıldığı bildirilir. Onu da bildirək ki, Fransanın xarici işlər naziri Stefan Sejurn Aİ komissarı vəzifəsində Terri Bretonu əvəz edəcək.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a deyib ki, Fransanın xarici işlər nazirinin Ermənistana səfəri məqsədyönlüdür. Analitik vurğulayıb ki, Fransa hökumətinin xarici siyasətinin Cənubi Qafqazla bağlı prioritetlərini müəyyən edən bu səfər təəssüflər olsun ki, Parisin ənənəvi anti-Azərbaycan mövqeyini bir daha göstərib:

"Digər tərəfdən, görünən odur ki, Fransa ümumiyyətlə regional ölkələrin əməkdaşlığından narazı və narahatdır. Azərbaycanın Rusiya və digər qonşu ölkələrlə konstruktiv münasibətlər qurması nəticəsində Ermənistan bölgədə təklənir. Fransa rəsmiləri tez-tez Ermənistana səfər edərək İrəvanın yalnız olmadığını, havadarlarının daim ermənilərin yanında durduğunu sanki göstərməyə çalışırlar. Ermənistanın destruktiv siyasətində Paris İrəvana hərtərəfli dəstəyini verir. Bu dəstək sözlə yox, konkret əməllərlə ifadə olunur. Fransa XİN rəhbəri açıq şəkildə bildirib ki, Ermənistana silahlar veriləcək. Sejurn da Paşinyan və Mirzoyan kimi sülh sazişinin tezliklə, indiki formada imzalanmasının zərurətindən danışıb. Halbuki saziş mətninin 13 bəndi ilə bağlı ortaq məxrəcə gəlmək mümkün olsa da, razılaşdırılmamış mühüm bəndləri qalmaqdadır. Azərbaycan indiki məqamda, daha doğrusu sülh sazişinin bu formada imzalanmasının qəti əleyhinədir. Çünki müqavilə tam dolğun olmayacaq, yarımçıq sənəd kimi qalacaq. Prinsipial məsələlər sazişdən kənar qalacaq. İrəvana dəstək verən Fransa da sülh müqaviləsinin natamam imzalanmasında maraqlı olduğunu göstərir".
İ.Vəlizadə bəyan edib ki, Fransanın Azəraycan-Ermənistan arasında sülh sazişinə müdaxiləsi sezilir: "Paris Cənubi Qafqazdakı proseslərə girişmək niyyətini açıq ifadə edir. Fransa Ermənistan üzərindən proseslərə qarışmaq, daha doğrusu, prosesləri qarışdırmaq niyyətindədir. İrəvan hökuməti də növbəti dəfə alət rolunda çıxış edir. Ermənistandakı revanşist dairələr də bundan ruhlanaraq baş qaldırır, dirçəlirlər. Paşinyan hökuməti buna şərait yaratmamalıdır. Son illər ərzində müəyyən olunmuş nisbətən müsbət tendensiyanın tamamilə pozulmasına, Fransa kimi ölkələrin heçə endirməsinə imkan vermək olmaz. Fransanın bu cür təxribatçı addımları, qərəzli bəyanatları bizim üçün qəbuledilməzdir. Əgər Fransa konstruktiv mövqedə dayansaydı, sinxron siyasət aparar və Bakının da mövqeyini əsas götürərdi. Amma Paris tamamilə tərəfli yanaşma sərgiləyir və ermənipərəst mövqeyini ortaya qoyur. Fransanın XİN başçısı da bəyan edib ki, İrəvana dəstək məsələsində fransız siyasi elitasının düşüncəsi vahiddir. Yəni bu o deməkdir ki, Fransanın siyasi elitası anti-Azərbaycan mövqeyindədir. Əlbəttə, prosesin bu cür irəliləməsi Azərbaycan-Fransa münasibətlərinə də mənfi təsir göstərir".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 037
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 727
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter