• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Paşinyan hər vəchlə sülhdən yayınır... - Məsuliyyəti isə...

  • 19.09.2024, 15:30,
  • Siyasət
  • Baxılıb: 60
Paşinyan hər vəchlə sülhdən yayınır... - Məsuliyyəti isə...


Ermənistan Zəngəzur dəhlizinin açılmasından yayınmaq üçün növbəti siyasi manipulyasiyaya əl atıb.

Baş nazir Nikol Paşinyanın son açıqlaması rəsmi İrəvanın 2020-ci il 10 noyabr Bəyanatının yerinə yetirilməsində maraqlı olmadığını göstərir.

Bu da öz növbəsində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılmasını ləngidir. Halbuki sülh sazişinin imzalanmaması Ermənistan bu məsələdə ikibaşlı mövqe tutması ilə bağlıdır.

Paşinyan hökuməti bir tərəfdən Azərbaycanla sülh sazişini bu gün imzalamağa hazır olduğunu bildirsə də, eyni zamanda, bir sıra şərtlər irəli sürməklə prosesin reallaşmasını əngəlləyir.

Ermənistanın Zəngəzur dəhlizini açmağa hazır olduğuna dair Paşinyanın açıqlaması əslində, Azərbaycanın qarşısında qoyulan şərtləri özündə ehtiva edir.

Ermənistanın Baş naziri Zəngəzur dəhlizindən istifadə üçün bütün mümkün yerlərdə yolları təmin etməyə haz olduqlarını bildirir.

Eyni zamanda, “Onlar Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına zərər vurmadan və ya pozmadan yan keçməklə hərəkət edə bilərlər” - fikrini söyləyib.

Yəni Paşinyan həmişəki ritorikasını təkrara edərək Zəngəzur dəhlizinin guya Ermənistanın ərazi bütövlüyüni və suverenliyini pozduğuna işarə edib.

Paşinyanın sözlərinə görə, son vaxtlar regional kommunikasiyaların açılması kontekstində Azərbaycan tərəfindən müəyyən bəyanatlar səsləndirilib. Halbuki rəsmi Bakı Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında hərəkətin təmin olunmasını yalnız son vaxtlar deyil, Ermənistandan 4 ilə yaxındır tələb edir.

Çünki Ermənistan 10 noyabr Bəyanatı ilə həmin marşrutun açılması və təhlükəsizliyinə təminat verilməsinə dair konkret hüquqi öhdəliyə malikdir.

Paşinyanın digər sözləri də Zəngəzur dəhlizinin açılmasında Ermənistanın qeyri-obyektiv mövqeyindən xəbər verir.

“Azərbaycanın reaksiyası belədir: Bir halda ki, Ermənistan Respublikası bunu istəmir, biz İran ərazisindən layihələr həyata keçirəcəyik. Bir daha rəsmən qeyd edirəm ki, Ermənistan Respublikası İranla eyni şərtlərlə Azərbaycana girişi təmin etməyə hazırdır və bunu istəyir. Üstəlik, biz prosedurların müəyyən sadələşdirilməsini istisna etmirik və bunu ikitərəfli yanaşmanın məntiqində qəbul edirik”.

Əslində, Paşinyan oxşar fikri əvvəllər də səsləndirib. Amma əməli işə gəldikdə, Ermənistan kommunikasiyaların açılması istiqamətində real addım atmağa cəhd göstərməyib.

Hətta rəsmi İrəvan 2022-ci ilin iyun ayında Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində fəaliyyət göstərən İşçi Qrupda Zəngəzurdan dəmir yolunun açılması ilə bağlı əldə olunmuş razılaşmadan da çıxıb.

Nəticə etibarilə, kommunikasiyaların açılmaması sülh müqaviləsinin imzalanmasına mane olan başlıca səbəblərdən birini təşkil edir.

Ermənistandan fərqli olaraq, Azərbaycan hətta avqust ayında aparılan danışıqlar zamanı Zəngəzur dəhlizi məsələsinin müzakirəsinin çərçivə sülh sazişinin imzalanmasından sonrakı mərhələyə saxlanılmasına da razılıq verib.

Lakin Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasına hazır olduğunu gündəmə gətirməklə özünü sülh tərəfdarı kimi təqdim etməyə çalışırsa, digər tərəfdən adekvat şərtlər irəli sürərək prosesi pozur.

Bununla da Ermənistan hakimiyyəti Azərbaycanın sülh tərəfdarı olmadığına dair manipulyasiya etmək imkanları qazanır. Paşinyan son açılamasında Ermənistanın İranla eyni şərtlər əsasında Azərbaycan Respublikasına girişi təmin etməyə hazır olduqlarını deyir.

Yəni Baş nazir həm Azərbaycanın qərb hissəsi ilə, həm də Naxçıvan Muxtar Respublikası ilə sərhəddə Ermənistanın gömrük və sərhəd nəzarətinin fəaliyyət göstərəcəyinə dair sətiraltı şərt qoyur.

Eyni zamanda, Paşinyan demək istəyir ki, “Araz” dəhlizinə İran nəzarət etdiyi kimi, Zəngəzur dəhlizinin təhlükəsizliyini də Rusiya deyil, Ermənistan hərbçiləri təmin etməlidir. Amma məsələnin hüquqi tərəfi 10 noyabr Bəyanatına görə Rusiyaya məxsus olduğundan bu, İrəvan və Moskva arasında müzakirə ediləcək problemdir.

Ermənistana isə görünür, mövcud vəziyyətdə kommunikasiyaların açılmasından yayınmaq sülh prosesi çərçivəsində Azərbaycana qarşı informasiya müharibəsi aparmaq üçün lazımdır. Qeyd edilən konyukturda Ermənistanla yanaşı, regionda marağı olan dövlətlər də fəal aktor kimi iştirak edir.

Cənubi Qafqaz uğrunda Rusiya və Qərb arasında geosiyasi savaşın böyüməsi kommunikasiyaların açılmasını da çətinləşdirir. Çünki nəqliyyat-kommunikasiya dəhlizlərinə nəzarət bölgədə artan rəqabətin əsas səbəblərindən birini təşkil edir. Ukrayna ilə müharibə və sanksiyalar fonunda Asiya bazarlarına çıxış əldə etməyə çalışan Rusiyaya Zəngəzur dəhlizinə nəzarəti təmin etmək lazımdır.

ABŞ isə Rusiyanın və Çinin “Orta dəhliz”dən istifadəsinə qarşı çıxır. Zəngəzur dəhlizinin qəti əleyhinə çıxan İranın da bu məsələdə ABŞ-la maraqları taktiki baxımdan, üst-üstə düşür. Çünki Zəngəzur dəhlizinin reallaşmaması yalnız Rusiyaya əngəl yaratmır, həm də Türkiyənin Cənubi Qafqaza və Mərkəzi Asiyaya birbaşa çıxışının qarşısını alır.

İran, ABŞ, Fransa və Avropa İttifaqının da “Orta dəhliz”in əsas nəqliyyat “arteriya”sına nəzarətin Türkiyənin nəzarətinə keçməsinə mane olmaqdır.

İki əsrdir Osmanlı İmperiyasının və Türkiyənin Cənubi Qafqazda söz sahibi olmasına imkan verməyən Rusiya Asiya bazarlarına ehtiyacı yarandığına görə bu siyasətini dəyişmək məcburiyyətindədir. Ona görə də İran ixrac-idxal əməliyyatlarına nəzarət etmək üçün Rusiyaya “Araz” dəhlizindən istifadəni təklif edir.

Bu halda Zəngəzur dəhlizinin təhlükəsizliyinin təminatçısı funksiyasını ABŞ öz üzərinə götürə bilər. Qeyd edilən səbəbdən, Rusiyanın “Araz” dəhlizi variantı üzərində dayanacağı inandırıcı görünmür. Dəhlizdən istifadə ilə bağlı refgional güclər arasında ziddiyyətlərin artması Ermənistanın manevr imkanlarını artırır.

Yaranmış situsiv fon Paşinyan hakimiyyətinin həm Zəngəzur dəhlizinin açılmasından, həm də sülh müqaviləsinin imzalanmasından imtina etmək üçün manipulyasiyası ilə müşahidə olunur.

Müşfiq Abdulla
“Cebheinfo.az”
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 029
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 718
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter