• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Seçkiyə qatılmayan biznesmenlər – İndi onların oğlu, qardaşı oğlu, kürəkəni namizəddirlər

  • 28.01.2020, 15:16,
  • Siyasət
  • Baxılıb: 20
Seçkiyə qatılmayan biznesmenlər – İndi onların oğlu, qardaşı oğlu, kürəkəni namizəddirlər


Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Seçki elan olunandan indiyə qədər müşahidələr göstərir ki, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə namizədliyini irəli sürənlər arasında biznesmenlər çox azdır. Sosial şəbəkələrdə də bu barədə müzakirələr, biznesmenlərin deputatlığa marağının azalmasının səbəbləri haqqında irəli sürülən versiyalar diqqəti cəlb edir. Bir kəsim düşünür, biznesmenlərin siyasətə ona görə marağı azalıb ki, öz gəlirlərini, biznes fəaliyyətlərini daha üstün tuturlar. Digər qrup isə harınlamış məmurların aqibətinin biznesmenlər üçün də nümunə olduğunu düşünənlərdir. Ümumilikdə ortaq mənzərə isə budur ki, təkcə Azərbaycanda deyil, bütün dünyada iqtisadi imkanları, biznesi olan şəxslər siyasətdə təmsil olunmağa o dərəcədə əhəmiyyət vermirlər.

Bu barədə Modern.az-a danışan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı isə marağın azalmadığını hesab edir. O, bildirib ki, namizədlər öz əmlakları, fəaliyyətləri barədə Mərkəzi Seçki Komissiyasına (MSK) məlumat verməyiblərsə, bizneslə məşğul olmadıqları anlamına gəlmir:

“Ola bilər, biznesmenin oğlu, qardaşı oğlu, digər yaxın qohumu seçkilərdə iştirak edir. Çünki gənclərin bir hissəsi bu seçkilərdə iştirak edəndə onların da müəyyən dəstək verənləri olur. Azərbaycanda nəinki biznesmenlər, məmurlar da deputatlığa maraq göstərir. Çünki deputat toxunulmazlıq statusuna malikdir”.

Çoxlu yeni namizədlərin olduğunu vurğulayan M. Zülfüqarlının sözlərinə görə, onlar mandat əldə edərlərsə, fəaliyyətləri də ictimaiyyətin marağına səbəb olacaq:

“Nə dərəcə özlərini doğruldacaqlar deyə bilmərəm. Amma hesab edirəm ki, Azərbaycanda nəinki biznesmenlər, fəhlədən tutmuş nazirə qədər hamı parlament seçkilərində maraq göstərir”.

Seçki texnoloqu Azərbaycanda məmurların biznesə maraq göstərdiyini qeyd edib:

“Müstəqillik dövründən bu yana kapitalizmin inkişafına nəzər salsaq, dövlət və ya məmur kapitalizminə oxşar cəhətlər ölkəmizdə daha çoxdur. Nazirlər, deputatlar bizneslə məşğul ola bilməzlər, amma dolayı yolla məşğul olurlar. Ona görə, düşünməyin ki, siyasətçilər ancaq öz işləri məşğuldurlar, biznesləri yoxdur. Azərbaycanda imkanı olan adamların hamısının biznesi var”.

Siyasətçi Yadigar Sadıqlı isə Azərbaycanda biznesmenlərin seçkiyə marağının son dəfə 2005-ci il parlament seçkilərində müşahidə olunduğunu deyib:

“O zaman bunun müəyyən əsasları var idi. Hələ neft pullarından asılı vəziyyətə düşməmişdik. Buna görə, müəyyən qədər müstəqil biznesmenlər var idi. Onlar öz namizədliklərini irəli sürmüşdülər. Amma heç biri parlamentə düşə bilmədi. Hətta seçkilərdən sonra onlar cəzalandırıldılar”.

Onun fikrincə, biznesmenlərdə siyasətə, seçkilərə həvəsin olmaması iki səbəblə əlaqədardır:

“Birincisi, ölkədə müstəqil biznesmenlər demək olar ki, yoxdur. Ciddi biznesmenlər, burjuaziya kimi baxa biləcəyimiz, insanlar içərisində nüfuzu olanlardan söhbət gedir.

İkincisi, 2005-ci ildən çox vaxt ötməyib. Müstəqillik, özbaşınalıq etmək istəyən biznesmenləri hansı cəzalar gözlədiyini gördülər və bu onların yadında qalıb”.

Y.Sadıqlı qətiyyətlə bildirib ki, siyasətlə siyasətçilər məşğul olmalıdır:

“Biznesmenlər, müğənnilər, idmançılar siyasətə qarışmasalar yaxşıdır. Siyasət həvəskarların yeri deyil. Peşəkar şəkildə siyasətlə məşğul olanlar bu sahədə olmalıdırlar. Digər sahələrdə peşəkar olan şəxslər peşəkar siyasətçiləri dəstəkləyə bilərlər. Amma heç vaxt siyasətlə məşğul olmamış şəxsin birdən-birə deputat olması ölkəyə yaxşı heç nə vəd etmir”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bakıda sabiq rəis həbs edildi

  • Bu gün, 12:49
  • 15
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 118
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 816
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter