• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Böyük Britaniya Azərbaycana qarşı silah embarqosunu ləğv edib - Nazir

  • 14.10.2025, 15:30,
  • Siyasət
  • Baxılıb: 84
Böyük Britaniya Azərbaycana qarşı silah embarqosunu ləğv edib - Nazir


Böyük Britaniya Azərbaycan və Ermənistana tətbiq etdiyi silah embarqosunu ləğv etdiyini açıqlayıb.

Belə bir bəyanatı Britaniyanın Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Douti (Doughty) internet saytında dərc edib.

Nazir bu qərarı avqustun 8-də Vaşinqtonda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində əldə olunan irəliləyiş və ATƏT-in Minsk qrupunun buraxılması ilə əlaqələndirir.

"Prezident Trampın ev sahibliyi ilə Vaşinqtonda keçirilən tarixi sammiti nəzərə alaraq, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah embarqosunun arxasında duran məntiqi əsasın artıq qüvvədə olmadığına inanır", - britaniyalı nazir bildirib.

Bəyanatda regionda əməkdaşlıq üçün yeni imkanlar açan ikitərəfli əlaqələrin dəyişməsi qeyd edilir.

"Böyük Britaniya hökuməti Azərbaycan və Ermənistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəltmək qərarına gəlib. Bu tərəfdaşlıq ticarət, təhlükəsizlik və müdafiə kimi sahələrdə əməkdaşlığı əhatə edəcək və nazirlərin illik görüşləri ilə gücləndiriləcək", - Douti bildirib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Paşinyanın referendum XOFU

  • Dünən, 16:00
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 238
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter