• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Qəzzada təhlükəsizliyi Türkiyə, Azərbaycan, Misir və İndoneziya təmin edəcək - KİV

  • 21.10.2025, 11:01,
  • Siyasət
  • Baxılıb: 61
Qəzzada təhlükəsizliyi Türkiyə, Azərbaycan, Misir və İndoneziya təmin edəcək - KİV


Qəzzada müharibədən sonrakı təhlükəsizliyi Türkiyə, Azərbaycan, Misir və İndoneziya ilə birlikdə təmin edəcək və bu məqsədlə bölgəyə hərbi qüvvə yeridəcək.

“haber7” xəbər verir ki, Qəzzada müharibədən sonrakı təhlükəsizliyi təmin etmək üçün yaradılacaq beynəlxalq qüvvələrinin strukturu müəyyənləşdirilir.

İngiltərənin "The Guardian" nəşri Qəzzada təhlükəsizliyi təmin etməyi planlaşdıran bu qüvvənin ABŞ və Avropanın dəstəyi və BMT Təhlükəsizlik Şurasının qərarı ilə formalaşdığını yazıb.

Diplomatik mənbələrdən verilən məlumata görə, Türkiyə, İndoneziya və Azərbaycan bu sahədə fəal rol oynayacaq. Misir isə bu qüvvələrə rəhbərlik edəcək.

Avropa ölkələrinin və Böyük Britaniyanın birbaşa hərbi müdaxiləsi gözlənilmir.

Qəzzaya hərbi qüvvə yeridilməsini təsdiq edən yeganə ölkə İndoneziyadır. İndoneziya BMT nəzarəti altında 20 000 əsgər göndərməyə hazır olduğunu açıqlayıb.

Misir hökuməti hələlik rəsmi açıqlama verməyib.

“The Times of Israel” qəzetinə danışan üç hökumət rəsmisinin sözlərinə görə, Azərbaycan həmçinin Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin (ISF) tərkibində hərbçilərinin təmsil olunması ilə razılaşıb. Lakin Azərbaycanın ABŞ və İsraildəki səfirlikləri şərh sorğusuna cavab verməyib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Paşinyanın referendum XOFU

  • Bu gün, 16:00
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter