• 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 
  • 10:40 – Dövlət başçısı: Təhlükəsizlik təhdidləri bizim region üçün kitablarda oxuduğumuz mövzu deyil 

İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

  • 07.11.2025, 13:55,
  • Siyasət
  • Baxılıb: 79
İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə dövlətimizin başçısını təbrik edərək, bununla bağlı keçiriləcək hərbi parada dəvətə görə təşəkkürünü bildirdi.

Qonaq, həmçinin Slovakiyanın Baş naziri Robert Fitsonun salamlarını Prezident İlham Əliyevə çatdırdı.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Slovakiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev Robert Kalinakın rəhbərlik etdiyi nümayəndə heyətinin sabah Bakıda keçiriləcək Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda iştirakını yüksək qiymətləndirdi.

Qonaq Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı Vaşinqtonda əldə olunmuş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı ABŞ Prezidentinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması məqsədilə imzalanmış sənədlərin tarixi əhəmiyyətinə toxunaraq, bunun regionda davamlı sülhün təmin edilməsində rolunu vurğuladı.

Robert Kalinak Prezident İlham Əliyevin Slovakiyaya səfərini məmnunluqla gözlədiklərini qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Slovakiya arasında qarşılıqlı anlaşma və dəstəyə əsaslanan ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı bildirildi, əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi və hərbi-sənaye sahələrində genişləndirilməsi üçün imkanların olduğu diqqətə çatdırıldı.

Həmçinin Slovakiyanın Azərbaycan-Avropa İttifaqı və Azərbaycan-NATO əlaqələrinin genişləndirilməsinə göstərdiyi dəstəyə toxunuldu.

İlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTOİlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTOİlham Əliyev Slovakiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - FOTO
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Xırdalandakı güclü yanğın olub

  • 18-07-2026, 10:23
  • 9
  • 0

Moskvaya dron hücumu - 26 yaralı

  • 18-07-2026, 09:47
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter