"İcra başçıları vətəndaşların torpağını ələ keçirməklə məşğuldurlar" — Fazil Mustafa
- 05.05.2020, 13:23,
- Siyasət
Baxılıb: 83
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanda çox ciddi dəyişiklik prosesi getməkdədir. Ölkə başçısı bundan öncə də hansısa kadrı təyin edəndə ona müvafiq tapşırıqlar verirdi, ancaq son zamanlarda yeni taktikaya üstünlük verib. Ölkə başçısı son dövrlərdə yeni üsul tapıb. Prezident yeni kadr təyin edəndə ona verdiyi tapşırıqları ictimaiyyətə çatdırır və bununla da vətəndaş bilir ki, icra başçısından və digər məmurdan nəyi tələb edəcək”.
Bunu deputat Fazil Mustafa Milli Məclisin plenar iclasında deyib.
Onun sözlərinə görə, son zamanlarda icra başçılarının həbsi ilə bağlı məsələ ortaya çıxanda bir şeyi müşahidə etdik. “Müşahidə etdik yerlərdə icra başçıları saxta yolla sahibkarların və vətəndaşların torpaqlarını ələ keçiriblər. Əgər bu gün sahibkarlar ayaq üstə qalıblarsa, onların bu fəaliyyətini qəhrəmanlıq kimi dəyərləndirmək lazımdır. Bütün bu halların qarşısının alınması üçün ölkədə ədalətli məhkəmə sistemi yaradılmalıdır. Ədalətli məhkəmə sistemi yaradılmadan həyata keçirilən digər islahatlarən nəticəsi olmayacaq”- F. Mustafa bildirib.