• 15:08 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 

Sürücülərin nəzərinə! 40 manat cərimə oluna bilərsiniz - VİDEO

  • 04.03.2021, 11:17,
  • Sosial
  • Baxılıb: 404
Sürücülərin nəzərinə! 40 manat cərimə oluna bilərsiniz - VİDEO


Bakıda dayanma və durmanın qadağan edildiyi yerlərdə avtomobillər park edilir.

Xəzər TV xəbər verir ki, şəhərin demək olar ki, bir çox ərazisində, eləcə də yol kənarlarında bu cür hallara rast gəlmək mümkündür.

Xüsusən də daha çox nəzarət kamerası olmayan ərazilərdə. Müşahidələr göstərir ki, bir çox sürücü dayanma və durma qaydasının nə olduğunu bilmir. Bilənlər də kobud qayda pozuntusuna yol verirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bəzi ərazilərə yerləşdirilən 3.28 nişanı durmanı, 3.27 nişanı isə dayanma və durmanı qadağan edir. Amma bu məsələdə də istisnalar var. Məsələn, əgər avtomobildə nasazlıq yaranarsa və ya qəza baş verərsə bu halda dayanmaya icazə verilir.

Dayanma və durma ilə bağlı ən böyük problem hazırda durmaya müddətin verilməməsidir.

Ekspert deyir ki, əslində, dünya təcrübəsində durma ilə bağlı vaxt var. Hətta sovet dövründə də Azərbaycanda bu qayda olub. O vaxt 5 dəqiqəyə qədər olduqda dayanma, 5 dəqiqədən çox olduqda isə durma sayılırdı. Ərşad Hüseynov bildirir ki, vaxt məsələsini yalnız 3.28 nişanının olduğu ərazidə tətbiq etmək olar.

Qeyd edək ki, 3.27 nişanının təsiri altında və avtobus dayanacağında avtomobili saxlamaq qəti qadağandır. Avtobus dayanacağında dayandıqda və durduqda cərimə 40 manat, digər qadağan edilmiş ərazidə isə bu qaydanı pozduqda 20 manat cərimə tətbiq edilir.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Bu gün, 12:18
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter