Səhər saatlarında paytaxtın bir sıra küçə və prospektlərindən sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:
Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosesi boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətində çox güclü sıxlıq müşahidə olunur).
Qara Qarayev prospekti – Əsas yol və köməkçi yol (Neftçilər metro stansiyasından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində) sıxlıqdır.
Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol) sıxlıqdır.
Tbilisi prospekti – Əsas yol - (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində) sıxlıqdır.
Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıqdır.
Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq - əsas yolda, 20 Yanvar dairəsi istiqaməti üzrə sıxlıq müşahidə olunur).