• 14:23 – İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 
  • 13:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 
  • 13:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 10:38 – Prezident onları təltif etdi - FOTO 

Qoşqar Məmmədov: Fəaliyyətimizi şəhər sakinlərinin firavan həyat şəraitinin yaradılmasına istiqamətləndirilmiş tədbirlərin görülməsi ilə davam etdirəcəyik

  • 13.09.2021, 14:02,
  • Sosial
  • Baxılıb: 130
Qoşqar Məmmədov: Fəaliyyətimizi şəhər sakinlərinin firavan həyat şəraitinin yaradılmasına istiqamətləndirilmiş tədbirlərin görülməsi ilə davam etdirəcəyik


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - bələdiyyə sədri, xeyriyyəçi Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Təsadüfən deməyiblər, elin gözü tərəzidir. Hər bir insanı öz mühiti, öz toplumu formalaşdır və onun həyatına, fəaliyyətinə ən sərrast qiyməti də məhz öz ətrafı, tanıdıqları, yaşadığı, üzvü olduğu toplum verir. Bu qiymətləndirmədən uğurla keçmək, bu imtahandan alnıaçıq çıxmaq isə hər adamın nəsibi olmur.

Əgər bugünə kimi yaxşılıq etdiyi, təmənnasız xeyirxahlıq göstərdiyi çoxsaylı insanların minnətdarlığını və alqışlarını da mükafat saysaq, onda deyə bilərik ki, Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri Qoşqar Məmmədovun saysız-hesabsız mükafatlar və təltiflər müəllifidir.

Qoşqar Məmmədovun səmimiyyət, xeyirxahlıq, mərdlik, düzlük kimi müsbət insanı keyfiyyətlərini də, xüsusi ilə qeyd etmək lazımdır. O, həm də nümunəvi ailə başçısı, bir nəslin, mən deyərdim ki, bir elin, obanın nüfuzlu şəxslərindədir.

Respublikamızın hər yerində fəaliyyət Proqramına çevrilmiş, cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş Regionların sosial-iqtisadi inkişaf proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində rayonumuzda da ciddi işlər aparılır. Mövcud problemlərin çatışmamazlıqların aradan qaldırılması üçün tədbirlər görülür.

Biz Gəncə şəhəri Nizami bələdiyyəsi olaraq, rayonda qazanılmış nailiyyətlərə öz töhfəmizi qatmaq üçün səylərimizi əsirgəməmişik.

Bələdiyyələrin gələcək fəaliyyətinin səmərəli təşkil edilməsini təmin etmək məqsədi ilə daimi komissiyalar yaradılaraq, əməli işlərin aparılması üçün tədbirlər görülür.

Şəhər bələdiyyəsi olaraq biz fəaliyyətimiz dövründə maksimum dərəcədə əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına, onların şəhərin xidmət təşkilatları tərəfindən göstərilən xidmətlərin yüksək səviyyədə təşkil edilməsinə çalışırıq. Bələdiyyə üzvləri mütəmadi olaraq şəhər ictimaiyyəti ilə birgə işin qurulmasını təmin etmək üçün çalışmışdır.

Fəaliyyətimizi şəhər sakinlərinin firavan həyat şəraitinin yaradılmasına istiqamətləndirilmiş tədbirlərin görülməsi ilə davam etdirəcəyik.

Şəhərimizdə görüləcək işlərimiz çoxdur. Biz əsasən yeni salınmış məhəllələrdə yolların çəkilişinə, su və kanalizasiya xətlərinin qurulmasına , qaz və elektrik xəttləri ilə təmin edilməsinə diqqətimizi artıracayıq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 4 149
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 503
  • 19
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter