Azərbaycanda enerji içkilərindən cəmi biri saxta deyil - RƏSMİ
- 14.10.2021, 14:38,
- Sosial
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
“Cari il ərzində respublika ərazisində satılan enerji içkiləri monitorinq edilərək ekspertizaya cəlb olunub. Ekspertizanın nəticələri onu göstərir ki, etiket məlumatları ilə enerji içkilərinin tərkibi rasında ciddi fərqlər var”.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, məhsul alkoqolsuz, enerji içkisi olmadığı halda qablaşdırma üzərində həmin məhsulların enerji içkisi olmasına dəlalət edən bəzi məlumatların yerləşdirilib:
“Ekspertiza nəticəsində cəmi bir məhsulun bütün standartlara cavab verdiyi, həm enerji içkisi olduğu, həm də bütün qablaşdırma normalarına əməl olunduğu digər nümunələrdə isə ciddi pozuntular olduğu aşkarlanıb. Belə ki, 25 nümunədə istehlakçıların aldadılması və məlumatların yanlış göstərilməsi faktları aşkar olunub. Bu məlumatlar da iqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Xidmətinə göndərilib”.