• 11:41 – İlham Əliyev Yəmənin Azərbaycandakı yeni səfirini qəbul edib 
  • 11:13 – İlham Əliyev Mavritaniyanın Azərbaycandakı yeni səfirini qəbul edib 
  • 11:32 – Prezident Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib 
  • 14:47 – Prezident və ailəsi Nəbatat Bağının açılışında - Fotolar 

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Kəndoba kəndində səyyar görüş keçirib

  • 31.10.2019, 11:30,
  • Sosial
  • Baxılıb: 221
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Kəndoba kəndində səyyar görüş keçirib

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev 31 oktyabr 2019-cu il tarixdə hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Kəndoba kəndində səyyar görüşdə olmuş, 68 nəfər sakini fərdi qaydada dinləmiş, qaldırılan məsələlər barədə müvafiq tapşırıqlar vermişdir.
RİH başçısı ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlardan, əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində məlum sərəncam və qərarlardan danışmış, pensiya və müavinətlərin artırıldığı, fiziki şəxslərin problemli kreditləri ilə bağlı fərmanının icra olunduğu, minimum əmək haqqının 250 manata qaldırıldığı, eləcə də ölkə başçısının sərəncamı ilə “Orta əsr Ağsu şəhəri”nin Tarix-Mədəniyyət Qoruğu elan olunmasını sakinlərin diqqətinə çatdırmışdır. Əlavə olaraq bildirmişdir ki, 05.02.2019-cu il tarixdə baş vermiş təbii fəlakət nəticəsində ziyan dəymiş fərdi yaşayış evləri ilə bağlı ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən humanist bir addım atılaraq vətəndaşlara köməkliklər olunmuşdur. Sakinlərə izah olunmuşdur ki, zəlzələninin nəticələrinin aradan qaldırılması ilə bağlı Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mütəxəssislərindən ibarət komissiya tərəfindən rayon ərazisində evlərə baxış keçirilmiş, verilmiş rəylərə müvafiq olaraq işlər icra olunur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində məsul şəxslərin iştirakı ilə keçirilmiş iclasın protokolundan çıxarış vətəndaşlara oxunmuş, 01 iyun 2019-cu il tarixdən fərdi yaşayış evlərinə texniki baxışın dayandırıldığı onların diqqətinə çatdırılmışdır. Həmçinin bildirilmişdir ki, vətəndaşların məlumatlandırılması məqsədilə təmirə ehtiyacı olan evlər barədə adlı siyahı nümayəndəliyin məlumat lövhəsinə asılmış, nümayəndəliyin işçilərinə vətəndaşların maarifləndirilməsi tapşırılmışdır.
Görüş zamanı təkliflərin əksər hissəsi kollektiv müraciətlər olmuşdur. Belə ki, nümayəndəlik ərazisində elektrik təsərrüfatının yenidən qurulması, kəndin həkim məntəqəsinin tikintisi, kənd tam orta məktəbinin əsaslı təmiri, nümayəndəliyin inzibati ərazisinə daxil olan Hacıuşağı kəndində suvarma arxlarının lildən təmizlənməsi, Ağsu çayının Abasxanlı kəndinin ərazisindən keçən hissəsində sahilbərkitmə işləri, qəbirstanlığın ətrafının hasarlanması, Kəndoba kəndində ayrı-ayrı vətəndaşların həyətlərində olan yararsız elektrik dayaqlarının dəyişdirilməsi, iş və ÜDSY təyin olunması ilə bağlı məsələlər müzakirə olunmuş, yerində tapşırıqlar verilmişdir.
Sakinlərlə görüş səmimi və diskusiya şəraitində keçmiş, onlar tərəfindən rəğbətlə qarşılanmışdır.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Kəndoba kəndində səyyar görüş keçiribAğsu rayon İcra Hakimiyyətinin başçısı Kəndoba kəndində səyyar görüş keçiribAğsu rayon İcra Hakimiyyətinin başçısı Kəndoba kəndində səyyar görüş keçirib
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 282
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 5 062
  • 65
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter