Paytaxtda “axşambazarı”na maraq artıb: Qiymət fərqi nə qədərdir? - VİDEO
- 18.05.2022, 13:30,
- Sosial
Baxılıb: 85
Facebook
Вконтакте
Одноклассники
Google+
Son aylar bahalaşma ilə əlaqədar istehlakçılar xüsusilə “axşambazarı”na üstünlük verirlər. Bəs “axşambazarı”ndakı qiymət fərqi nə qədərdir? Doğrudanmı səhər əlyandıran qiymətlər axşam ürəyi sərinlədir? Sualımızı 8-ci kilometr bazarındakı satıcılara ünvanladıq.
Satıcılar deyirlər ki, bəzi məhsullar tez xarab olduğu üçün günün sonunadək mütləq satılmalıdır. Məhsulun tez satılmasının vacibliyi isə qiymət fərqinə təsir edir.
Alıcılar da “axşambazarı” qiymətlərdə fərqin olduğunu deyirlər. Ancaq burada əsas nüans axşama qalan məhsullarda düzgün seçim edə bilməkdir.
Beləliklə, həm sərfəli qiymətə, həm də yaxşı məhsul almaqdan ötrü bazara üz tutanlar gərək günortadan sonra, saat 4-5 aralığından sonra gecikməsinlər. Əks halda, bazarda endirimli qiyməti görüb, məhsulu tapa bilməyənlərdən olacaqlar.