İnsanlara və Vətənə nümunəvi xidmət! - Mehman Soltanov
- 10.06.2022, 11:19,
- Sosial
Baxılıb: 146
Facebook
Вконтакте
Одноклассники
Google+
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov insanların, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…
Onun haqqında yazmağa ehtiyac varmı? Bu yazılar ona lazımdırmı? Əsla! Amma bu yazılar o kəslərə lazımdır ki, onlar xalqa, dövlətə, dövlətçiliyə xidməti, idarəetməni ondan öyrənsinlər; öz əqidəsinə, məsləkinə və vicdanına layiq hərəkət edən hər kəsə nümunə kimi təqdim və təqdir olunsun. Bunu mən belə düşünürəm. El gözü tərəzidir, deyərlər. Bu gün hər şeyi və hər kəsi görürük… Məqsədli şəkildə vəzifə mənsəbləri – nail olduqları şan və şöhrətin daşıdıqları vəzifənin anlamını onu itirdikdən sonra anlayır və peşiman olurlarsa da, sonrakı peşimançılıq fayda vermir. Çox təəssüf.
Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanovun məram və məqsədi isə tamamilə fərqlidir. Dövlət və dövlətçilik naminə. Xalq və Vətənə nümunəvi xidmət! “Mən xalqımın xidmətçisiyəm”, – Bu sözlər ölkənin birinci şəxsinə məxsusdur. Deməli, hər kəs öz payını götürməlidir. Söz yox, bu paydan kimə nə düşüb-düşməməsinin biz gec və ya tez şahidi oluruq. Türk dünyasının öndəri Atatürk deyirdi: “Məni tanımaq üçün mütləq üzümü görmək lazım deyildir, mənim fikirlərimi, mənim duyğularımı anlasanız və hiss etsəniz, bu kifayətdir…" Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanovun haqqında yazmaq, onu tərifləmək, xalqa tanıtmağa ehtiyac yoxdur. Sadəcə onun rəhbərlik etdiyi sahəyə bir az nəzər salmaq kifayət edər və yetərincə bütün suallara cavab tapmış olarsan.
Bəli, Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır. Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdim edirlər. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov barədə şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki, bizlərə məlumdur ki, bu cızma-qaraları kimlər nə məqsədlə yazdırır. Ancaq bu dərəcədə olmaz. Ziyalı olan bir insana qarşı bələ münasibət yolverilməzdir. Unutmayın, bu davranışlar ictimaiyyət tərəfindən ikrahla qarşılanır. Real olan budur ki, Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o, bu vəzifəyə təsadüfi gəlməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar. Gələcək nəsillər naminə cəmiyyəti ədalətsizlik virusuna yoluxdurmayın.
Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov - XX əsr Azərbaycana çox görkəmli elm xadimləri, müdrik, təcrübəli və qətiyyətli rəhbərlər, son dərəcədə bacarıqlı dövlət başçıları bəxş etmişdir. Lakin bu insanların içərisində elə bir şəxsiyyət var ki, Azərbaycan deyəndə ilk onun adı yada düşür. Təbbi ki, bu şəxsiyyət xalqın xilaskar oğlu- Ulu Öndər Heydər Əliyevdir.
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə etsə də, ancaq bu müstəqilliyin sonu çox da uzaq görünmürdü. Müstəqillik əldə etdiyimiz cəmi iki il ərzində ölkədə hərc-mərclik, özbaşınalıq hökm sürürdü. Öz şəxsi maraqları naminə Azərbaycan dövlətçiliyinə qarşı təhlükəyə çevrilən neqativ qüvvələrin baş qaldırması etnik separatizmə, vətəndaş itaətsizliyinə gətirib çıxarmışdı. Məhz belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyev xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtdı. Əslində heç ortada bir hakimiyyət də yox idi. Ölkənin müxtəlif ərazilərində silahlı birləşmələrin özbaşınalığı hökm sürürdü. Ancaq Ümummilli Liderin yenidən siyasi rəhbərliyə qayıdışı ilə ölkəmizi bir çox təhlükələrdən – siyasi və iqtisadi böhrandan, xaos və anarxiyadan, parçalanmaq və məhv olmaqdan, vətəndaş müharibəsindən xilas etdi.
1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıtması xalqımızı nicata aparan yolun bilavasitə başlanğıcı oldu. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider bütün fəaliyyəti dövründə xalqının xilaskarı missiyasını şərəflə yerinə yetirmişdir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar və mədəni sahələrdə intibaha can atan, hər addımda insan və şəxsiyyət amilini uca tutan ölkə kimi görünür.
Ümummilli Liderin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Həmçinin ölkəmizdə siyasi partiyaların, ictimai təşkilatların azad fəaliyyəti, senzuranın aradan qaldırılması, yüzlərlə mətbuat orqanının sərbəst nəşr olunması, özəl radio və televiziya kanallarının yayımlanması siyasi plüralizmin, azad fikrin, demokratiyanın və vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verdi.
Bir vaxtlar xalqı uçuruma aparan hakimiyyətpərəstlər ölkədə sabitliyin yarandığını görüb “Müxalifət”adı altında yenidən Ulu Öndərə qarşı“ mübarizə aparmağa çalışırdılar. Ancaq xalq öz xilaskar oğlunun ətrafında bir yumruq kimi birləşmişdi. O yumruq ki, Ümummilli Lider Heydər Əliyevin ideyalarını yaşadan Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmənin başını əzən zərbəyə çevrildi.
Prezident İlham Əliyevin özünün də dediyi kimi, o, ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalan cənab İlham Əliyev səbəbkarı olmadığı işğalın xilaskarı oldu.
Nə qədər Azərbaycan var, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayacaq.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 080
- 5 499
- 10-02-2022, 10:36
- 28 400
- 244
- 7-04-2022, 11:57
- 21 561
- 207
- 26-04-2019, 16:16
- 16 128
- 45
- 18-09-2019, 10:29
- 13 643
- 119
- 12-12-2020, 12:00
- 13 366
- 92
- 11-04-2022, 16:00
- 11 842
- 12
- 15-05-2019, 20:27
- 11 063
- 54
- 24-05-2020, 23:28
- 9 974
- 3
- 26-04-2019, 15:39
- 9 458
- 99
- 27-04-2019, 10:08
- 9 035
- 2
- 23-10-2019, 21:00
- 8 050
- 1
- 29-11-2019, 09:00
- 7 898
- 3
- 13-05-2020, 22:05
- 7 756
- 0
- 28-04-2019, 20:56
- 7 522
- 2
- 23-04-2019, 21:57
- 7 290
- 2
- 11-03-2022, 12:24
- 310 080
- 5 499
- 10-02-2022, 10:36
- 28 400
- 244
- 7-04-2022, 11:57
- 21 561
- 207
- 7-11-2019, 09:36
- 6 072
- 124
- 18-09-2019, 10:29
- 13 643
- 119
- 26-04-2019, 15:39
- 9 458
- 99
- 12-12-2020, 12:00
- 13 366
- 92
- 22-12-2021, 14:22
- 4 740
- 57
- 10-02-2023, 10:54
- 4 271
- 54
- 15-05-2019, 20:27
- 11 063
- 54
- 26-04-2019, 16:16
- 16 128
- 45
- 14-01-2020, 09:33
- 6 799
- 20
- 11-04-2022, 16:00
- 11 842
- 12
- 27-03-2021, 14:25
- 4 969
- 7
- 29-11-2021, 09:36
- 4 562
- 5
- 29-09-2020, 11:15
- 4 984
- 5
- 24-09-2020, 11:41
- 5 019
- 5
- 16-05-2019, 14:19
- 6 914
- 5
- 15-05-2019, 09:47
- 5 253
- 5
SOSİAL ŞƏBƏKƏLƏR