• 14:51 – İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 2 
  • 10:08 – İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib 
  • 09:44 – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür 
  • 09:30 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirildi - Video

  • 14.11.2019, 11:57,
  • Sosial
  • Baxılıb: 117
“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirildi - Video

“Azərenerji” ASC “Bakı” İstilik Elektrik Mərkəzində təmir-bərpa işləri apararaq 2 saylı aqreqatın gücünü 40 meqavatdan 50 meqavata qaldırıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, 1902-ci ildə “Ağ şəhər” adı altında istismara verilən və Azərbaycanın ilk elektrik stansiyalarından biri olan, hazırda isə “Bakı” İstilik Elektrik Mərkəzi olaraq fəaliyyət göstərən müəssisə elektrik enerjisinin istehsalı ilə yanaşı istilik təchizatı üçün də fəaliyyət göstərir.

“Reabilitasiya Proqramı” çərçivəsində istilik mərkəzinin 2 saylı aqreqatının ehtiyat hissələri dəyişdirilib, istilik təchizatı üçün bəzi borular yenilənib, təmir edilib və test edildikdən sonra istismara verilib.

Elektrik enerjisi istehsal edib ümumi sistemə ötürməklə yanaşı Əhmədli, 8-ci kilometr qəsəbələri də daxil olmaqla Xətai və Nizami rayonlarındakı əksər yaşayış binalarını istiliklə təchiz edən “Bakı” İstilik Elektrik Mərkəzində noyabrın15-dən etibarən payız-qış mövsümü qrafikinə uyğun olaraq istilik təchizatı işə qoşulacaq.

Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 6 756
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 3 210
  • 26
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter