Bu məcburi köçkünlərə də müavinət verilə bilər
- 25.11.2019, 15:42,
- Sosial
Baxılıb: 78
Facebook
Вконтакте
Одноклассники
Google+
Nazirlər Kabinetinin 24 noyabr 2017-ci ildə məcburi köçkünlərin müavinətlə təmin olunması ilə bağlı qərara dəyişikliyi heç bir məntiqə sığmır.
Bunu deputat Elman Məmmədov Milli Məclisdə 2020-ci il büdcə zərflərinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, həmin qərara əsasən məcburi köçkünlərin hansı formada müavinətdən kəsilməsi nəzərdə tutulur. “Belə ki, qərara əsasən əgər məcburi köçkün öz əziyyəti hesabına ev tikirsə və ya adına mənzil varsa, ona müavinət verilməsi dayandırılır. Evi olmayan üzürlü səbəbdən işləmirsə, ona müavinət verilir, evlə təmin olunur.
Digər bir məqam isə ondan ibarətdir ki, məcburi köçkün olan qadın məcburi köçkün olmayan kişi ilə ailə qurursa və yaxud məcburi köçkün kişi məcburi köçkün olmayan qadınla ailə qurursa, onun da müavinəti kəsilir.
2017-ci il qərarına əsasən 10-12 il bundan öncə hansısa səbəbdən müəyyən müddət Azərbaycanda olmayan və yaxud iş dalınca respublikadan kənara gedən məcburi köçünün də müavinəti dayandırılır. Bu hansı məntiqə uyğundur? Təklif edərdim ki, hökumət bunları nəzərə alsın”- E.Məmmədov deyib.