• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Agentlik: Sabah 248 “güzəştli mənzil” satışa çıxarılacaq

  • 24.12.2019, 16:00,
  • Sosial
  • Baxılıb: 84
Agentlik: Sabah 248 “güzəştli mənzil” satışa çıxarılacaq


Dekabrın 25-də Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində qalan 248 mənzilin satışı həyata keçiriləcək.
Bu barədə MİDA-dan məlumat verilib. Bildirilib ki, agentlik fəaliyyətə başladığı ilk gündən ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, güzəştli mənzillərlə təmin olunması məqsədilə qarşıya qoyulan vəzifələrin icrasını davam etdirir.
MİDA-nın ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində 16.10.2019 və 18.10.2019-cu il tarixlərində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş 570 mənzildən 568-nin alqı-satqısı uğurla başa çatdırılıb. Həmin mənzillərdən 17-si 18 oktyabr 2019-cu il tarixində “Güzəştli mənzil” sistemi vasitəsilə gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 146-sı mənzili öz vəsaiti hesabına, 422-si isə güzəştli ipoteka krediti hesabına əldə edib.
Ümumilikdə, bu günədək keçirilən 5 satışın nəticəsində 1 385 ailə MİDA-nın ilk layihəsi – Yasamal Yaşayış Kompleksində güzəştli mənzilə sahib olub. Güzəştli şərtlərlə əldə edilmiş mənzillərdən 247-si birotaqlı, 794-ü ikiotaqlı, 344-ü isə üçotaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təhvil verilib.
Bununla yanaşı, hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə MİDA-nın sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksində yerləşən 436 ədəd tam təmirli mənzil ayrılıb. Hazırda həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər davam etdirilir. /Yeniavaz.com/
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 017
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 704
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter