• 15:08 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 
  • 11:03 – Prezident: Azərbaycan və Rusiya münasibətləri normallaşdırıb və müsbət dinamikaya malikdir 

87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə Deputatlığa namizəd Tahir Kərimlinin tərcümeyi-halı

  • 16.01.2020, 14:30,
  • Sosial
  • Baxılıb: 178
87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə Deputatlığa namizəd Tahir Kərimlinin tərcümeyi-halı


Kərimli Tahir Zayıdağa oğlu — 1992-1993-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Vəhdət Partiyasının yaradıcısı və sədri.

Tahir Kərimli 5 mart 1956-cı ildə Ağsu şəhərində doğulmuşdur. 1973-cü ildə Ağsu şəhər 1 saylı orta məktəbi, 1983-cü ildə ADU-nun hüquq fakültəsini, ixtisas kurslarını bitirmişdir. Hərbi xidmətdə olmuşdur. Çilingər, təsərrüfat müdiri, hüquq məsləhətçisi, məhkəmə iclas katibi, hakim əvəzi, İsmayıllı rayon xalq hakimi, AR Ali Məhkəmə sədri işləmiş, İsmayilli rayon XDS-nin deputatı (1990-1993), AR Ali Sovetinin deputatı (1990-1995) olmuşdur. Məhkəmə-hüquq islahatına dair bir neçə qanun layihəsinin Parlamentdə qəbul edilməsinə nail olmuşdur. 1992-ci ildə AR Prezidentinin təqdimatına əsasən AR Milli Məclisi ona Ali Dərəcəli Hakim rütbəsini vermişdir. Gəncliyindən inqilabi azadlıq, demokratiya, hüquqi dövlət, vətənin birliyi ideyalarının daşıyıcısı olduğundan və bu ideyalar uğrunda konsperativ, bəzən isə açıq mübarizə aparmışdır. Qarabağ uğrunda savaşda, Ermənistandan qovulmuş qaçqınların yerləşdirilməsində və Xalq hərakatında fəal iştiak etmişdir (ilk AXC üzvü olmuş az vəzifəli şəxslərdən biridir). AR Dövlət Müstəqilliyi Aktına millət vəkili kimi səs vermişdir. 1990-cı il 20 Yanvar qətliamına görə Sov.İKP üzvlüyündən imtina etdiyinə və SSRİ Prezidenti M.Qorbaçova ölüm hökmü çıxardığı üçün xalq hakimi vəzifəsindən kənarlaşdırılmış, AS "Demblok" deputat qrupunun AR Prezidentinə müraciətindən (1991) sonra vəzifəsinə bərpa edilmişdir. 1998-ci ildən Vəhdət Partiyasının sədridir. AXC 2-ci Proqram və Nizamnaməsinin, Vəhdət Partiyasının Proqram və Nizamnaməsinin müəlliflərindən biridir. Bir sıra kitab, braşur, məqalə, pamflet və şeirlərin müəllifidir. Uzun illər təqib şəraitində yaşamışdır. Azərbaycana ilk şəhid heykəlinin (İsmayıllı, 1991) və dünyada yeganə olan M.Ə.Rəsulzadənin tam ayaqüstü heykəlinin (Agsu, 1992) qoyulmasında əməyi vardır. 5-ci çağırış AR Milli Məclisin deputatıdır.
Evlidir, dörd övladı və dörd nəvəsi vardır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Bu gün, 12:18
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter