• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Güzəştli şərtlər ilə Qarabağda da ev almaq mümkün olacaq

  • 17.07.2025, 12:22,
  • Sosial
  • Baxılıb: 20
Güzəştli şərtlər ilə Qarabağda da ev almaq mümkün olacaq


"Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da, Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlər ilə mənzilə sahib olmaq mümkün olacaq".

Bu barədə millət vəkili Vüqar Bayramov danışıb.

Onun sözlərinə görə, belə ki, yeni dəyişikliklərə əsasən güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz:

"Digər dəyişiklik işğaldan azad olun ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəliri ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği borcalanın aylıq məcmu gəlirinin 75 faizindən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir.

Yeni qaydalar gənc ailələrin güzəştli şərtlər ilə ipoteka kreditindən istifadə etməklə Qarabağ və Şərqi Zəngəzurda evə sahib olmasına imkan verəcək. Bu bir tərəfdən Qarabağda məskunlaşma prosesini daha da intensivləşdirəcək, digər tərəfdən isə işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın sürətli formalaşması və inkişafına dəstək olacaq. Bu da təbi ki, eyni zamanda gənclərimizin mənzil təminatının yaxşılaşdırılması baxımdan da vacibdir.

Bütövlükdə, yeni dəyişikliklər həm güzəştli şərtlər ilə Qarabağda mənzilə sahib olmağa, həm də həmin ərazilərimizin sosial-iqtisadi inkşafına töhvə verəcək".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter